Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlik bu şəxsdən 62 min manatlıq yemək alır – TƏFƏRRÜAT

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqənin (Açıq tender) qalibi məlum olub.
Yenixeber.org: Tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Ziyafət Fərzəliyev “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də benefisiarları naharla təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 2023-cü ilin sonuna kimi həftədə 6 gün olmaqla 8 250 nəfərlik böyük, 8 250 nəfərlik isə uşaq norması olmaqla ümumilikdə 16 500 nəfərlik hazır yemək təqdim edəcək və qarşılığında 62 min 304 manat alacaq.
Qeyd edək ki, bu ilin iyun ayında Ziyafət Fərzəliyev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin keçirdiyi 978 min 125 manat 60 qəpik dəyərində analoji tender müsabiqəsinin də qalibi olub. Müsabiqənin şərtlərinə görə, Ziyafət Fərzəliyev 2022-ci ilin son 6 ayı ərzində 97 520 nəfərlik yemək göndərəcək.
Bundan başqa Ziyafət Fərzəliyev ötən ilin dekabrında Sosial Xidmətlər Agentliyinin 5 milyon 972 min 172 manat 24 qəpiklik tenderində də qalib olub. Ziyafət Fərzəliyev bir il müddətində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla ümumilikdə 617 min 215 nəfərlik yemək təqdim edəcək.
Açıqlanan rəqəmlərdən də göründyü kimi, 1 nəfər üçün gündəlik yemək xərci təxminən 9-10 manat, təkcə nahar xərci isə 3-4 manat arasında olur.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də vətəndaşların qida normaları Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunur. Həmin qərarda istifadə olunan gündəlik qida normasına görə bir nəfər (böyüklər) gün ərzində aşağdakı qidalardan istifadə etməlidir:(yeniavaz)
Buğda çörəyi I növ 250  
Buğda çörəyi II növ 250  
Buğda unu 18  
Kartof unu  
Yarmalar, makaron məmulatları, paxlalar 85  
Kartof 400  
Tərəvəz 550  
Təzə meyvələr 300  
Şirələr 100  
Qurudulmuş meyvələr 7  
Şəkər 60  
Qənnadı məmulatı (peçenye və sair)  
Ət, quş əti 120  
Balıq 50  
Süd 200  
Kefir, qatıq 200  
Kəsmik 50  
Pendir 20  
1 3  
Xama 15  
Kərə yağı 40  
Marqarin 20  
Bitki yağı 20  
Yumurta (ədəd) 1  
Tomat püresi və pastası 2  
Çay 2  
Qəhvə 2  
Kakao 3  
Duz 10  
Ədviyyat 3  
Maya 1  
             
               
A. Cəfərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam