Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“İndi ev növbəsi sıravi jurnalistlərə çatıb, amma...” –Mətbuat Şurasının yeni sədri

Yenixeber.org: Bunu Mətbuat Şurasının yeni sədri Rəşad Məcis "İndex.az" saytına müsahibəsində deyib. "Sonradan təsdiqini tapdı ki, bu, təşkil olunmuş bir proses idi. Tapşırıq verilmişdi ki, Rəşadı dilə-dişə salın, hörmətdən salın. Niyə? Sırf Prezidentin yanındakı çıxışıma görə…", - o əlavə edib.

R.Məcid jurnalistlər üçün tikilən, amma verilməyən üçüncü binanın aqibəti haqqında da sualı cavablandırıb: "Hansı televiziyaya gedirəm, hansı mediaya müsahibə verirəmsə, bütün jurnalistlər deyir ki, Rəşad bəy, çalışın o məsələni gündəmə gətirin. Mən o vaxt da demişdim ki, ilk iki binada yaşayanların əksəriyyəti baş redaktorlar və redaktorlardı. Yəni üst qurumda olanlar ev alıb. İndi növbə çatıb sıravi jurnalistlərə və bunlar ala bilmir. Məsələn, mənə o vaxt dedilər ki, məlum müraciəti imzala, mən imzalamadım. Sual verdim ki, necə imzalaya bilərəm axı? Deməli, özüm ev almışam, amma illərdir ev arzusunda olana deyim ki, sənə ev verilməyəcək? Bu hansı mənəvi əxlaqa sığır?! Ona görə, qol çəkməmişdim. Düzdür, imzalayanların içində elələri var ki, əvvəldən bunun əleyhinədir, deyirlər ki, dövlət jurnalistə ev verməmilidir.

– Səhv düşünürlər?

– Bəs jurnalist necə ev alsın? Bu, indiki situasiyadan çıxmağın bir yoludur. Mən də sən yaşda olanda qəzetimin 700 000-lik dövriyyəsi var idi, göylə gedirdim. Məsələn, Eynulla Fətullayev deyir ki, reklam alıram. Sən ola bilsin ki, sayta reklam tapa bilirsən, nəyə görəsə yığırsan. Amma söhbət ümumi reklam bazarından gedir axı. Üstəlik, son illərdə sosial şəbəkələr reklamı bizdən qoparıb"."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam