Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb -FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kəndə köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Yenixeber.org: Bu barədə nazirlikdən bildirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunmasına başlanılıb. İlkin mərhələdə Ağalı kəndində 3 vətəndaş aktivlərlə təmin edilib. Yaxın aylarda isə digər vətəndaşlar da proqram çərçivəsində aktivlərlə təmin ediləcək.

Həmçinin, kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə orada peşə hazırlığı kursları təşkil olunur, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyət də həyata keçirilir. İlkin olaraq kənd ərazisində “Gill MED” MMC ilə birlikdə dərzilik kursuna start verilib. Hazırda həmin kursa 6 nəfər kənd sakini cəlb edilib.

Bundan əlavə, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlərin vakansiya tələbləri öyrənilib. Bu tələblərə uyğun namizədlərin işlə təmin olunması istiqamətində də müvafiq addımlar atılır, işəgötürənlərlə vətəndaşların görüşləri keçirilir.

Bu günə qədər kənd sakinlərindən 24 nəfəri münasib işlərlə təmin olunub, məşğulluq tədbirlərinə cəlb edilə bilən daha 35 sakin isə müsahibə mərhələsindən uğurla keçib və yekun sənədləşmə mərhələsindədir.

Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam