Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azər Xudiyevin yarıtmazlığı: Kliniki Uşaq Xəstəxanasında camaatı soğan qabığı kimi “soyurlar”-DE-FAKTO

 

Ölkədə Səhiyyə sahəsində bu qədər islahatların aparılmasına, hər il büdcədən on milyonlarla vəsaitin bu sahəyə ayrılmasına baxmayaraq Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında əsl bazar ab-havası var.

Yenixeber.org: Bu barədə əldə etdiyimiz məlumatda deyilir.

Baş həkim Azər Xudiyevin yarıtmaz fəaliyyətinə görə xəstəxanada nizam-intizamsızlıq hökm sürür.

“Azər Xudiyev hər gün bir saatlıq işə dəyib gedir. Elə bil dövlət xəstəxanasının baş həkimi yox, dədə-babadan miras qalmış hansısa obyektin müdiridir. Baş həkimin işinə səhlənkar yanaşması bəzi həkimlərdə, tibb bacılarında məsuliyyətsizlik yaradır. Bu xəstəxanada baş verən qanunsuzluqları isə baş həkimin Şəhla adlı müavini nəinki aradan qaldırmağa çalışır, əksinə bütün “proseslərə” onun rəhbərlik etdiyi görünür. Valideynəri burada soğan qabığı kimi soyurlar”.

Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ən bərbad şöbə infeksiya şöbəsidir.

“Xəstəxananın ikinci korpusunda yerləşən bu şöbə əsl xəstəlik mənbəyidir. Şöbəyə gətirilən uşaqların vəziyyəti sağalmaq əvəzinə daha da ağırlaşır. Çünki infeksiya şöbəsində savadlı həkimlər yoxdur. İnfeksiya şöbəsində nəinki savadlı həkim, əl yumağa isti su belə tapılmır. Şöbənin otaqları tempraturla da təmin edilmir. Buz kimi otaqlarda uşaqların xəstəlikləri daha da ağırlaşır. Daha acınacaqlı məqam isə odur ki, şöbənin həkimləri də qeyri-normal şəraitə görə tez-tez xəstəlirlər. Tibb heyəti vəziyyətdən narazı olsalar da, xəstəxana rəhbərliyi heç bir əncam çəkmir”.

2 saylı Kliniki Uşaq Xəstəxanasına bir gələn sevinir, bir də qaçıb canını qurtaran

“Xəstəxanada hər addımbaşı xəstə yaxınlarından pul alınır. Şöbədə yatan xəstələrə heç bir tibbi ləvazimat verilmir. Bu xəstəxanaya gəlmisinizsə çörəkdən, çaydan, salfetkadan tutmuş içməli suya qədər hər şeyi özünüzlə gətirməlisiniz. Tibb bacılarının həkimlərın çoxunun gözü xəstə uşaqların valideynlərinin cibindədir”-deyə şikayətçi qeyd edir.

Səhiyyə nazirliyindən və Kliniki Uşaq Xəstəxanasından məlumatla bağlı mövqe öyrənə bilmədik.(qlobal.az)

Qarşı tərəf xəbərə münasibət bildirə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam