Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabah Bakıda -"Rebuild Karabakh" sərgisi işə başlayır

Sabah Bakıda Rebuild Karabakh sərgisi işə başlayır

Sabahdan başlayaraq oktyabrın 22-nə qədər Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild-2021"), 13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku-2021") və 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh-2021") sərgiləri keçiriləcək.

Yenixeber.org: Bununla bağlı sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətinin regional direktoru Edvard Straçan mətbuat konfransı keçirib.

O, bildirib ki, bu il Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri də “Rebuild Karabakh” sərgisi olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisinin keçirilməsinə qərar verilib. Sərgi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq.

Regional direktorun sözlərinə görə, sərgi regionun inkişafına töhfə verə biləcək tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq, effektiv əməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə təkan verəcək. Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçı və ziyarətçiləri mədəni və işgüzar tədbirlərdən ibarət maraqlı proqram gözləyir. Konfrans, seminarlar, dəyirmi masalar, iki-tərəfli görüş və digər tədbirlərin baş tutacağı sərginin zəngin məzmunlu proqramı tədbirin effektiv və aktual formatda keçirilməsinə xidmət edəcək.

İnşaat sənayesinin əsas tədbiri olan “BakuBuild” 2021 sərgisində Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqları - inşaat və izolyasiya materialları, boya, lak və örtüklər və s. bu kimi məhsulları nümayiş etdirəcək. Sərginin qeydiyyat sponsoru qismində tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir. İştirakçıların tam siyahısı ilə sərginin rəsmi veb-saytında tanış olmaq mümkündür: 

www.bakubuild.az

. 2020-ci ildə sərgi pandemiyaya görə ləğv edilsə də, sərginin yolunu səbirsizliklə gözləyən şirkətlər öz yeni məhsullarını nümayiş etdirmək, tərəfdaşlar ilə ünsiyyət qurmaq və bazarın nəbzini tutmaq üçün "BakuBuild-2021" sərgisində öz stendlərini bron edərək saxlayıblar.

Ənənəvi olaraq, eyni tarixdə keçiriləcək "Aquatherm Baku-2021" sərgisi Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətləri bir araya gətirəcək. Təqdim olunan sektorlar arasında: Borular və boru xətləri, çilerlər, istilik sistemləri, hava kondisionerləri, termoizolyasiya, radiatorlar və s. yer alır (daha ətraflı məlumatı sərginin veb-saytından əldə edə bilərsiniz 

www.aquatherm.az

).

İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı “BakuBuild” və “Aquatherm” sərgilərinə dəstək göstərirlər. "Rebuild Karabakh" sərgisi isə Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə keçirilir. Həmçinin, bütün sərgilər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) də dəstəkləyir. 2021-ci il sərgilərinin tərəfdaşları arasında “Greenwich Travel Club” şirkəti (rəsmi turoperator) yer alır.

Təşkilatçılar hər sərgidə müxtəlif mədəni-işgüzar tədbirlər keçirməyi planlaşdırmışlar (bu barədə daha ətraflı məlumatı sərgilərin veb-saytlarından əldə etmək mümkündür). Həmçinin, yerli və xarici sahibkarların iştirakı ilə təşkil olunan ənənəvi “B2B” formatlı işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.

Sərgilərdə təhlükəsizliyə böyük diqqət yetiriləcək. 2021-ci ilin iyun ayından etibarən, şirkət yay mövsümündə keçirilmiş sərgilərdə koronavirus infeksiyasının yayılması ilə mübarizə tədbirlərini uğurla həyata keçirib. Beləliklə, payız mövsümündə keçirilən sərgilərin açılışından əvvəl, Bakı Ekspo Mərkəzinin binalarında və salonlarında ümumi dezinfeksiya işləri aparılacaq və tibbi maska taxmaq, eləcə də sosial məsafə saxlamaq sərgilərin keçirildiyi ərazilərdə olan hər bir kəs üçün məcburidir. Zəruri sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət üçün sərgilər çərçivəsində COVID-patrul xidməti də təşkil ediləcək.

"Beləliklə, qısa fasilədən sonra payız sərgiləri yenidən öz işini bərpa edir və həmişə olduğu kimi, bu dəfə də yeni imkanlar yaradacaq. Siz sərgilərdə sərfəli təkliflər, eləcə də innovativ məhsul və həll variantları ilə tanış ola biləcəksiniz. Qarşıdan gələn sərgilərin veb-saytlarında sərgini ziyarət etmək istəyən bütün ziyarətçilərin qeydiyyatına artıq start verilib", - deyə E.Straçan qeyd edib.

Sərgilərdə 17 ölkədən 2 079 şirkət iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam