Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

Bakıda “Qocalar evi”nin qadınlarına fahişəlik təklif edilib?..-ŞOK İDDİA

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin (“Qocalar evi”) sakini sensasiyalı iddialar səsləndirib.

Yenixeber.org: Qocaların biri deyib ki, “Qocalar evi”nin sabiq direktoru Qətibə Əsədovanın rəhbərlik etdiyi dövrdə burada qalmaq üçün hər ay 100 manat pul ödəyirmiş:

“Keçmiş direktor sakinlər arasında ayrı-seçkilik salırdı. O, məni yola vermirdi. Mən qocalar evinə pulla gəlmişəm. Hər ay Qətibə Əsədovaya 100 manat pul ödəyirdim. Məni çox incidirdi, bilmirdim ki, nə edim. Mən ona dedim ki, sən işdən çıxarılanda nəzir verəcəyəm.

Elə oldu ki, onun vəzifəsindən azad edilməsi barədə qərar verildi. Mən bunu etdim, yəni nəzir verdim. Hətta Qətibə Əsədova bildirdi ki, bəs mənim nəzirim? Dedim ki, sənin nəzirini də çatdıracağam. O işdən çıxanda ona 50 manat verdim və dedim ki, bu da sənin nəzirindir. Götürdü də”.

Ahıl iddia edib ki, Q.Əsədova “Qocalar evi”ndə ahıllara kiminləsə intim münasibət qurmağı, başqa sözlə fahişəlik təklif edirmiş. Həmin pulun bir hissəsi qocaya, digər hissəsi isə Q.Əsədovaya çatmalı imiş.

“Çıxanda məni otağına çağırdı, dedi ki, mən gedirəm, amma sənə ürəyim yanır. Mənə dedi ki, bu xasiyyətlə burada çox qalmayacaqsan. Çünki mən buraya gələndə Qətibə Əsədova mənə dedi ki, burda qalmaq üçün ya ailə həyatı qurmalısan, ya da kiminləsə pul qarşılığında görüşməlisən, yoxsa, burada qala bilməyəcəksən”, – deyə, o, əlavə edib.

Qocaların əksəriyyəti keçmiş direktorun dövründə çətin vəziyyətdə yaşadıqlarını, vaxtı-vaxtında yeməklə təmin olunmadıqlarını bildiriblər.

İddialarla bağlı oxu.az Q.Əsədova ilə əlaqə saxlayıb.

Keçmiş direktor iddiaları təkzib edib: “Orada kişi var idi? Hamısı qoca adamlardır”.

O qeyd edib ki, bu iddia ilə çıxış edənləri məhkəməyə verəcək.

Xatırladaq ki, Qətibə Əsədova keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun dövründə “Qocalar evi”nin direktoru təyin edilib.

Onu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam