Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Vüqar Behbudovun özəl SOSİAL XİDMƏT SİYASƏTİ... -İDDİA

Yenixeber.org: Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun qazi və şəhid ailələrinə mənzilləri rüşvətlə gizlin bölməsindən nə qədər yazılsa da, nə qədər PA-dan, NK-dan, MM-dən, Hesablama Palatasından, Ombudsmandan ƏƏSMN rəhbərliyinə müraciətlər edilsə də, hələ ki, başabəla sosial məmura “gözün üstə qaşın var” deyilmir. Hətta baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin 161 “qaynar xətti”nə edilən şikayət də 2 ildən sonra(? ) şikayətçinin izahatı alınmaqla “operativ” araşdırılır”. Dəhşətli dərəcədə ilginc olan idarənin müstəntiqi Rəşad Məmmədovun Qarabağ qazisinin Konstitusiya ilə, qanunla, məhkəmə qərarı ilə təminat verilən hüququna qadağa qoyan məmurun hərəkətində korrupsiya faktının olmamasını bildirməsidir. Halbuki “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbinə görə, vətəndaşın qanunla qorunan hüququna maneçilik törədilməsi korrupsiyaya şərait yaradan hal kimi qəbul edilir. Eyni zamanda, vətəndaşın rüşvət verməyə təhrik edilməsinin korrupsiya faktı olmasını, kim bilməsə də, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları bilməmiş olmazlar. Di gəl, bu yekəlikdə idarənin əməkdaşı mənzillərin rüşvətlə bölünməsinin sübut edilməsi görəvini zərərçəkən, rüşvət vermədiyinə görə mənzilsiz qalan, ailəsi dağılan Qarabağ qazisinin üzərinə düşdüyünü bildirib . Bəs onda bu yekəlikdə idarə nəyə gərəkir?
Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə qarşı ayrı-seçkiliyi o həddədir ki, NK-dan, Ombudsmandan daxil olan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyasını, müalicəsini təşkil etməkdən belə imtina edir! “Əsas” kimi NK-nın 12.08.2002 tarixli 128 saylı qərarının əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya yollayışı ilə təmin edilmələrini ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) yox, uyğun hərbi qurumların üzərinə qoyduğu vurğulanır. Bu “əsas”ın qanunsuzluğu, ilk növbədə, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinin, adından göründüyü kimi, sanatoriya-kurort yox, reabilitasiya qurumu olmasında özünü göstərir. Eyni zamanda, Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 3.1.1 və 3.1.2 maddəsində yazılıb ki, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN REABİLİTASİYA MÜƏSSİSƏLƏRİNDƏ REABİLİTASİYASI ilə bağlı TƏDBİRLƏR GÖRMƏK; VƏTƏNDAŞLARIN SANATORİYA -KURORT PUTYOVKALARI (YOLLAYIŞLARI) ilə TƏMİN EDİLMƏSİNİ TƏŞKİL ETMƏK Agentliyin başlıca görəvlərindəndir. Bu isə o deməkdir ki, sanatoriya yollayışı ilə təmin edilmənin hansı qurumun üzərinə qoyulmasından asılı olmayaraq yollayışla təminatın təşkili Sosial Xidmətlər Agentliyinin üzərinə görəv olaraq qoyulub! Bəs niyə SXA görəvini icra etməkdən, Qarabağ qazilərinə xidmətdən imtina edir? Bunun qərəzli ayrı-seçkilikdən özgə nə adı ola bilər? Ali dövlət hakimiyyəti orqanları , NK özünün qəbul etdiyi qərarın icrasını təmin etmək üçün ƏƏSMN -ə, ƏƏSMN də tabeliyindəki SXA-ya göndərirsə, SXA-nın NK qərarını yanlış izah və tətbiq edib xidmətdən imtina etməsi özbaşınalıqdan özgə, həm də dövlətə, onun başçısına, sosial siyasətinə qarşı çıxmaqdır . Lap, tutaq ki, NK, Ombudsman, PA, MM yanlış olaraq ƏƏSMN -ə, o da tabeliyindəki SXA-ya üz tutub. Axı, SXA “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10 maddəsinə əsasən, ona aid olmayan müraciəti üç iş gününündən gec olmayaraq aidiyyatı (hərbi) quruma göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir! Niyə qanunun tələbinə əməl edilmir? Yeri gəlmişkən, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətin barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərilməsinin qadağan edilməsinə baxmayaraq, Ombudsman Aparatının SXA-dan şikayəti SXA-ya göndərib, ondan aldığı qanunsuz cavabı “konstitusiya aktı” kimi qəbul etməsi və hüququ pozulanlara sırıması də yolverilməzdir. Elə qanuna hörmətsizliyin nəticəsidir ki, SXA-nın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıya məlumatı əsasında sonuncu 07.10.2021 tarixli məktubla 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə bildirib ki, 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNƏ QULLUQ EDƏN HƏYAT YOLDAŞININ SANATORİYA MÜALİCƏSİNİ TƏŞKİL EDƏ BİLƏRLƏR, AMMA MÜALİCƏYƏ EHTİYACI OLAN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNİN ÖZÜNÜN YOX! Özbaşınalığa baxın, qaziyə qulluq edən şəxsin müalicəsini təşkil edirlər, amma müalicəyə ehtiyacı olanın yox! (?) Belə sosial xidmət , ailə dağıtmaq siyasəti ilə Vüqar Behbudov yalnız və yalnız öz ailəsinin cibini doldurmaq görəvini yerinə yetirə bilər. Belə görəvin sonu isə korrupsiyaya qarşı mübarizə idarəsində cavab verməklə bitir.
Məğrur Bədəlsoy

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam