Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xüsusi Riskli Xilasetmə Xidmətində vəzifə davası gedir -Heydərov kimi irəli çəkəcək?

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində rəhbər dəyişikliyi gözlənilir.

Yenixeber.org: Bu barədə əldə etdiyimiz məlumata görə, xidmətin rəisi general-mayor Şahmar Paşayevin yerinə iki namizəd var.

Onun yaş senzi ilə əlaqədar yaxın vaxtlarda vəzifəsindən təqaüdə gedəcəyi haqda məlumatlar dolaşır.

Xəbərlərə görə, Ş.Paşayev yerinə general-mayor Məhərrəm Həsənovu hazırlayır. M.Həsənov hazırda xidmət rəisinin 1-ci müavini vəzifəsini tutur. Lakin ona alternativ olduğu haqda iddialar səslənməkdədir. 

Belə ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənovun Xidmət rəisi postuna hazırlandığı bildirilir. Onun atasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın olduğu iddia olunur.

E.Həsənov bundan əvvəl Dövlət Gömrük Komitəsində çalışıb. Onun idarədə söz sahiblərindən biri olduğu, atasının nazirlə əlaqələrinə görə dayaqlarını möhkəmləndirdiyi bildirilir. İndi M.Həsənovun, yoxsa E.Həsənovun Ş.Paşayevin yerinə təyin olunacağı bilinmir.(bizimxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam