Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA yarım milyonluq tenderin qalibini AÇIQLADI –32 min vergi borcu var…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.
Yenixeber.org: Tenderin qalibi “Ruslan Təmir-Tikinti” MMC olub.

Açıqlanan rəsmi məlumatda göstərilir ki, “Ruslan Təmir-Tikinti” MMC  AMEA-nın sifarişi əsasında Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən “Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksində çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün su və kanalizasiya xətlərinin çəkilməsi işlərini həyata keçirəcək. 
MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün AMEA-dan 498 min 356 manat  72 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Ruslan Təmir-Tikinti” MMC 19.10.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 81, m. 83-84” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Çərkəz oğludur.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, yarım milyon manatlıq tenderin qalibi olan “Ruslan Təmir-Tikinti” MMC-nin dövlət büdcəsinə 32 min 719 manat 34 qəpik vergi borcunun olduğu bildirilir. 
Vergi borcu olan şirkətlərin tender müsabiqələrində iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Maraqlıdır ki, təxminən bir il əvvəl “Ruslan Təmir-Tikinti” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi olub və o zaman da dövlət büdcəsinə vergi borcu olub.  Bir il əvvəl  məsələ ilə bağlı yeniavaz.com-a (https://www.yeniavaz.com/az/news/141677/eldar-ezizovun-icra-bascisi-olan-kurekeni-binalarin-dam-ortuyunu-90-min-manata-deyisecek)  açıqlama verən “Ruslan Təmir-Tikinti” MMC –nin nümayəndəsi bildirib ki, tender müsabiqəsində iştirak edən zaman MMC-nin dövlət büdcəsi qarşısında vergi ödənişlərilə bağlı öhdəliyi olmayıb. Həmin tarixdən sonra yaranan vergi borcu isə fəaliyyətlə bağlı olub və qısa müddət ərzində ödəniləcək.
Qeyd edək ki, “Ruslan Təmir-Tikinti” MMC AMEA-nın keçirdiyi tender müsabiqəsinə sənədlərini 9-20 avqust 2021-ci il tarixlərində təqdim edib. 
Onu da qeyd edək ki, tender müsabiqəsini keçirən AMEA İşlər İdarəsinə AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əli Səftər oğlu Əliyevin rəhbərlik etdiyi bildirilir. 
Xatırladaq ki, AMEA İşlər İdarəsinə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. Lakin, ötən il Elton Məmmədov qalmaqallı şəkildə tutduğu vəzifədən istefa verib. Bu istefadan sonra Elton Məmmədovun müavini olan Fikrət Əliyev onun vəzifələrini icra etməyə başlayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam