Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Göygöl Milli Parkında rəzalət-Veteran hərbçimizə sayqısızlıq

Yenixeber.org: Bu gün redaksiyamıza zəng edərək Göygöl Milli Parkından şikayət etdilər.

Şikayətçi həkim Həsənova Təranə İsa qızı idi. Çox utancverici durumu mənə danışdı və bunu ictimayətləşdirməyimi xahiş etdi.

Fürsətdən istifadə edib “Dodo” redaksiyası adından bu gənc və yenicə ailə qurmuş cütlüyə Allahdan xeyir-dua diləyirik. Nəzərinizə çatdırım ki, uzun sürən pandemiya və müharibəyə görə bu cütlük də ailə qura bilməmişdilər. Hazırda  “N” saylı h/h hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu işləyən Həsənov Nadir Rəhim oğlu məzuniyyətdədir. II Vətən müharizbəsində Talış kənd, Tər-tər, Cəbrayıl, Qubadlı və Laçında şücaətlə döyüşən qardaşımlız Həsənov Nadir yenicə qurduğu ailəsi ilə birgə 12 iyun 2021-ci tarixində yollanırlar Göygöl Milli Parkına. Parkda üzləşdiyi durum hərbiçi qardaşımızı çox pis təsir edib, həm də bu onun ailəsinin yanında baş verməsi onu kədərləndirir. Hər keçdikləri məntəqədən onlardan pul istəmələri hətta onun  hərbi vəsiqəsinə və ailəsinə də güzəşt etməyiblər. Gülünc doğuran amillərdən biri də Vətənin keşiyində yarım canını itirən qardaşımızın maşınına görə pul almaları bu ailəni lap hövsələdən çıxarıb.

Maraqlıdır öz torpağımızda hansısa parka və ya Gölə baxmaq üçün pulmu ödənilməlidir? Bu Allahın yaratdığı təbiət kiminsə şəxsi malıdırmı? Düşünürəm ki bzilər üçün canlarından keçməyə hazır olan oğullarımız və ailələri buna layiq deyillər…

Bu  zəng məni lap illər öncəyə 29 il bundan qabağı xatırlatdı.. 1992-ci il  sentyabr ayının 28-də həyat yoldaşımla ilk görüşümüz idi.

Biz Bakı şəhərində olan Dəniz kənarı bulvarda gəzməyə qərar vermişdik, sonra gəmiyə minmək üçün tələsdik. Biz iki gənc sadəcə o xoş dəqiqələrimizi gəmidə davam etmək itəyirdik. Bizi görən gəmi heyəti gözləməyi qərar verdi… Yanımdakı hərbiçi cəld qaçaraq bilet almaq üçün satıcıya yaxınlaşdı. Amma onun biletsiz qayıtdığını görəndə çox pərt oldum. O isə mənə dedi hərbiçilərə pulsuz imiş!!! Bu bizi daha da ruhlandırdı. O zaman Qarabağdan gələn şəhidlərimizə görə bir  çox valideynlər qızların hərbiçiyə ərə vermirdilər elə bziim ailə də.   Düzü mən də gəmidə etdiyimiz söhbətdən çox pərişan idim onun bir daha görə biləcəkdimmi???

Əzizlərim, nədən biz bir  birimizə dəyər vermirik. Axı bütün sağlamlıqlarını, deyərdim ki, canlarını bizlərə görə qurban verən hərbiçilərimizə nədən adicə bir parkda gəzməyi yasaq etməliyik? AXI ONLAR HƏLƏ DƏ O AĞRILI ACILI GÜNLƏRİN TƏSİRİNDƏN ÇIXMAYIBLAR…((( 

Düşünürəm ki aidiyyatı üzrə lazımı idarələr buna bir aydınlıq gətirəcəklər.

 

 

 

İradə Məlikova: “Dodo” qəzetinin baş redaktoru 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam