Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

AHİK -Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5000 ailəyə sovqat göndərəcək

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq, həmin kateqoriyaya daxil olan ailələrə sovqat paylanması qərara alınıb.

Yenixeber.org: Qərara əsasən, 76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 000 ailəyə ərzaq sovqatı göndəriləcək.

Qeyd edək ki, 2020-ci il aprelin 29-da və bu il martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası maddi və mənəvi yardım məqsədilə Respublikanın bütün şəhər və rayonlarında yaşayan 3 900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərib.

Görülən işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında ölkədə qayğıya ehtiyacı olan aztəminatlı ailələr üçün növbəti dəfə ərzaq sovqatının göndərilməsi ilə bağlı məsələyə baxılıb.

76 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında məskunlaşan 5 000 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam