Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ƏN GÖZƏL ÇİÇƏKLƏRİ DƏ, ƏN QİYMƏTLİ SÖZLƏR DƏ SİZƏ ÜNVANLANIR, ƏZİZ ŞƏHİD ANALARI” -Millət vəkilnin yazısı

"Əziz Şəhid Anaları, qürurumuz, milli kimliyimiz, şərəfimiz olan Zəfərimizə görə Sizlərə borcluyuq!" 

Yenixeber.org: Sabah dünya qadınları 8 Mart-Beynəlxalq Qadınlar Gününü qeyd edəcək. Görəsən, nə qədər xoşbəxtdir və ya məmnundur dünya qadınları, yaşadıqları həyatdan və cəmiyyətdən? ...Bir doyum yemək üçün onillərdir iniləyən Afrika qadınlarımı, yoxsa uzaq Asiyada Araqanın müsəlman anaları, bəlkə okeanın o tayında irqçilikdən və rasizmdən zülm çəkən siyah dərili xanımlar... 

Aralıq dənizində sulara qərq olan və ya Avropada körpəsi əlindən alınaraq, özü qəfəsə tullanan bacılarımız, Orta Doğunun müsəlman qadınları... Utancverici mənzərədən dünya heçmi xəbərsiz… Bu insanlıq dramlarını görməmək və unutmaq mümkünmü...Bu faciələri yaşayan və onunla üzləşən bu qadınlar bəlkə də beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin xoşbəxtlik, səadət, insan və qadın haqları, gender bərabərliyi haqqında pafosla səsləndirdikləri sözlərə nifrət edirlər...

Necə ki, düz 30 il Azərbaycanın bir milyon qaçqın və köçkünü, xüsusilə də qadınlar, öz yurd və yuvalarında faşistcəsinə pozulmuş hüquqlarının bərbası üçün bu təşkilatlardan nicat gözlədilər...

Amma kor və kar oldula. Bəzən də səsləndirdikləri ikiüzlü fikirlərlə insanların əsəblərini çarmıxa çəkdilər. Əyilməz Azərbaycan xalqı barışmadı bu susqunluqla. Müqəddəs Qarabağ torpağına qovuşmaq Azərbaycan Anasının tək arzusu və tək diləyi oldu. 

“Ana qəlbim odlanır, söz düşəndə davadan” desə də, dilinin duası və yuxusunun röyası oldu. Dözümün gücü, səbrin sərhədləri tükəndi. Qətiyyətli və əzimkar Ali Baş Komandan haqq və ədalətin müdafiəsi üçün yenilməz Azərbaycan Ordusuna “irəli” əmri verdi. Elə bir “irəli” əmr ki, bölgədə barışın, dayanıqlı sülhün, əməkdaşlığın və inkişafın əsasına və təminatçısına çevrildi. Qıza zaman kəsiyində Müzəffər Ali Baş Komandan və Milli Ordumuz rəşadət və şücaət göstərərək, ədaləti və haqqı bərqərar etdilər. Qəhrəman və cəsur Azərbaycan əsgəri canından və həyatından keçərək,

44 günlük Vətən müharibəsində müqəddəs torpaqlarımızı Ana Vətənimizə qovuşdurdu. Şərəfimiz və qürurumuz olan Müstəqil Dövlətimizin ərazi bütövlüyü bərpa edildi, üçrəngli bayrağımız Şuşada dalğalandı, arzular çin oldu. Azərbaycan Əagəri qanı və canı ilə Dövlət Himnimizin melodiyasına yeni bir ruh verdi... 

Əfsanəvi Azərbaycan Əsgəri bir an belə Xocalıdan əsir və girov götürülmüş Ana və bacılarımızın harayını unutmadı. Azərbaycan xalqının milli dəyəri olan namus sözünün hikmət və fəlsəfəsini varlığı və qanı ilə anlamayanlara anladaraq, şəhadətinə qovuşdu. 

Hər tökülən bir damla qan Ana Vətənimizin yarasına məlhəm oldu, torpaqlarımız suvarıldı. Üç minə yaxın Azərbaycan Əsgəri Uca Millətimizin şərəf, fəxarət, ləyaqət, qürur və ölməzlik rəmzinə çevrildi. Onların hər biri Zəfər tariximizin salnaməsinin müəllif və qəhrəmanı oldu. Azərbaycan Qadınının adı və Ana müqəddəsliyi Şəhid oğulların adı ilə bir daha ucaldı.

Bu gün 8 Mart Qadınlar Günüdür. İndi ölkəmizdə üç minə yaxın Ana yaralı ürəyinin çırpıntısı və göz yaşı ilə oğul təbriki gözləyir və gözləyəcək... Nəhayət dözməyərək, özü çiçəklə övladının pişvazına, hər birimizin and yeri olan Şəhidlər Xiyabanına tələsəcəkdir...

Əziz Şəhid Anaları, qürurumuz, milli kimliyimiz, şərəfimiz olan Zəfərimizə görə Sizlərə borcluyuq! Başınızı uca tutun! Siz Azərbaycan qadınlarının ən vüqarlısısız. Sizin ürəyinizin ağrısı bütün Azərbaycan anaların ürək ağrısıdır. Gənclik və gələcək üçün amal və örnək olan Əziz Şəhidlərimiz hər bir ailənin övladıdır. Bu gün dünyanın ən gözəl çiçəkləri də, dilimizdəki ən qiymətli sözlər də Sizə ünvanlanır, Əziz Şəhid Anaları!

 

Məlahət İbrahimqızı, millət vəkili


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam