Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Məcburi köçkünün ata yurdunda ev tikməsinə icazə veriləcəkmi? – Deputat şərtləri açıqladı

Məcburi köçkünün ata yurdunda ev tikməsinə icazə veriləcəkmi? –  Deputat şərtləri açıqladı

Yenixeber.org: Kəlbəcər rayonunun millət vəkili Aqil Məmmədovun müsahibəsi:

- Aqil müəllim, məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı hələlik aydın olmayan məsələlər var. Onlardan biri də budur ki, məcburi köçkün öz ata-baba torpağında öz vəsaiti hesabına ev tikib orada yaşaya biləcəkmi? Bu, necə tənzimlənəcək?

- İnanın ki, torpaqların azad olunması məcburi köçkünlərdə elə bir əhval-ruhiyyə yaradıb ki, bəlkə də ilkin olaraq bu barədə düşünmürdülər. Bu gün də çoxları düşünmür ki, hansısa şirkətlər və yaxud dövlət tərəfindən o evlər təmir olunsun, onlar da dövlətin hesabına məskunlaşsınlar. Bu gün də çoxlu sayda kollektiv şəkildə müraciətlər var, cənab prezidentə ünvanlayırlar ki, xahiş edirik bizə imkan yaradın – təbii ki, burada imkan dedikdə ərazilərin minadan təmizlənmə prosesinin başa çatmasını nəzərdə tuturlar - gedib orada öz hesabımıza həyat şəraiti qurub yaşayaq. Bu istiqamətdə həm mənə çoxlu sayda müraciətlər var, həm ölkə rəhbəriyinə... Deyirlər icazə verin biz gedək, öz gücümüzə orada yaşayıb yaradaq. Elə ailələr var ki, deyir orada çadır şəraitində də yaşayaram. Yəni bu istiqamətdə əhval-ruhiyyə çox yüksəkdir və belə başa düşürəm ki, hamı bu istəkdədir. Çünki 30 ilə yaxın bu arzu ilə yaşamışıq ki, biz o torpaqlara qayıdaq. Bu gün gözləmək lazım deyil ki, orada tam şəkildə tikinti aparılsın sonra gedək. Bu mənim şəxsi fikirlərimdir. Düzdür, dövlətin özünün proqramı var, cənab prezidentin tapşırığı da var ki, yaşayış məntəqələri mərhələli şəkildə bərpa olunacaq. Amma öz hesabına ev tikmək istəyənlərə də şərait yaradılacaq.

- İndi tutaq ki, kimsə getmək və özünə ev tikmək istədi. Bu necə tənzimlənəcək?

- Məsələnin o tərəfi də var ki, kiminsə istəyi varsa bu tənzimlənmədən həyata keçirilməməlidir. Yəni kim istəyirsə ora buraxsaq bu bir qədər düzgün olmaz. Əvvəla ilkin olaraq həmin ərazilər təhlükəsizlik baxımından təmin edildikdən sonra dövlətin qəbul etdiyi qərarlara əsasən mərhələli şəkildə kəndlərdə yaşayışın təmin olunması istiqamətində tapşırıqlar veriləcək. 

- Bəzi məcburi köçkünlərdə isə müəyyən narahatlıqlar var ki, əgər o azad olunmuş torpaqlara qayıtmaqdan imtina edərsə, o zaman dövlət tərəfindən verilmiş mənzil geri alına bilər. Bu prosees necə tənzimlənəcək?

- Mən elə düşünmürəm. Çünki bizim hüquqlarımız var və bu hüquqlar dövlət tərəfindən qorunur. Biz istədiyimiz yerdə yaşaya bilərik. Tutaq ki, sən mütləq Laçına getməlisən, burada yaşaya bilməzsən kimi qadağa ola bilməz. Birinci mərhələdə bizim bildiyimizə görə bunlar könüllülük şəklində həyata keçiriləcək. Əgər vətəndaş istəyirsə ki, burada yaşasın, ona heç kim maneçilik yaratmamalıdır. Məsələnin başqa tərəfi də var. Əgər Kəlbəcər işğal olunanda 55 min əhalisi vardısa, indi 80 min əhaisi var. Təsərrüfat saylarında artım var. 

Sizə bir məsələni də qeyd edim, indi digər rayonların sakinləri də bu gün bizə müraciətlər edir ki, biz Kəlbəcər rayonunun pasport qeydiyyatına necə dura bilərik ki, gedək orda yaşayaq və orada işləyək. Mən hesab edirəm ki, o rayonların hətta burada doğulan sakinlərinin böyük əksəriyyətində geri qayıtmaq arzusu olacaq. Ola bilər ki, bəziləri getmək istəməsin, onlara da hər hansı problem yaranmayacaq. 

İndi Kəlbəcər sakinlərini daha çox narahat edən məsələ Kəlbəcər-Ağdərə yolu ilə bağlıdır. Amma narahat olmağa dəyməz, belə düşünürəm ki, qısa zamanda bu yolda da hərəkət bərpa olunmalıdır. Zamanla bunlar öz axarına düşəcək. Həmçinin Toğana dağının yanından yeni yol çəkilir və bu da çox rahat bir yol olacaq. Bundan başqa hava limanının tikintisi də nəzərdə tutulur, bu, gələcəkdə turizm axınının yüksəlməsinə səbəb olacaq. 

- Prezidentin işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndələri olacaq. Bu artıq yeni idarəetmənin yaranmasıdırmı, o ərazilərdə icra hakimiyyətləri ləğv olunacaqmı?

- Bəli, cənab prezident həmin ərazilərdə xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı fərman imzalayıb. Bu o demək deyil ki, həmin ərazilərdə olan icra hakimiyyətləri ləğv olunub. Çünki fərmanda bununla əlaqədar heç bir bənd yoxdur. Sadəcə orada tikinti və abadlıq işlərinin birbaşa həmin nümayəndənin daşıması və cənab prezidentə tabeçiliyidir. Bu da işin daha sürətli və keyfiyyətlə aparılması məqsədi daşıyır. İcra hakimiyyətləri ləğv olunacaqsa isə gələcəkdə bununla bağlı ayrıca sənədləşmə işləri aparıla bilər. Faktiki olaraq bu gün həmin fərmanda icra hakimiyyətlərinin ləğvi haqda heç nə yoxdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam