Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Bir fərari və bir trol haqqında –Bunların yiyəsi pərdənin arxasından nə zaman çıxacaq?

Yazının başlığından kimləri nəzərdə tutduğumu, yəqin təxmin etdiniz. Söhbət bloger Bəxtiyar Hacıyev və Azər Həsrətdən gedir. Hər ikisi həyatda uğursuzluq sindromuna qərq olunmuş adamlardır. İnkarçılıq, qısqanclıq onların həyat tərzinə çevrilib.

Yenixeber.org: Bəxtiyar Hacıyevin bioqrafiyasının qaranlıq olduğunu çox adam, elə özü də bilir. O, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat fakültəsini bitirsə də, amerikalılar onun 2007-2009-cu illərdə Harvard Universitetində “İctimai Siyasət” üzrə magistratura pilləsində təhsil almasına təqaüd ayırmışdılar. 2011-ci ildə fərariliyə görə - hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətində azadlıqdan məhrum olunub. Adam həbsxananı ordudan üstün tutmuşdu. Adətən, nüfuzlu universitetlərin məzunları ya tədqiqatla, ya da pedaqoji fəaliyyətlə məşğul olurlar. Bəxtiyarınkı lağlağı, riyakarlıq, sosail şəbəkələrdə qeyri-ciddi postlarla tay-tuşları arasında rəğbət qazanmaqdır. Siyasi fəaliyyəti isə belədir: adam Dövlət Gömrük Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinə açıq-aşkar rəğbətini gizlətmir. B.Hacıyev yazır: “Dövlət Gömrük Komitəsi Kəlbəcər və Laçında çadırların altına qoymaq və döşəklərin palçıq və nəmdən qorunması üçün lazım olan paletləri axtardığımızı görüb, hissə-hissə toplamaqdansa, topdan yardım etməyi təklif etdilər. Artıq 300+ palet Kəlbəcərə göndərilib, ümumilikdə 1000-dən çox da göndəriləcək. Gömrük Komitəsi bundan əvvəl də ölkəyə gətirdiyimiz humanitar yardımları əsgərlərə çatdırmağımız üçün lazım olan bütün köməyi göstərib. Onlara da təşəkkürlər”.

Dövlət Gömrük Komitəsi nə əcəb Bəxtiyar Hacıyevin müraciətinə operativ cavab verib? Deputat sorğularını, vətəndaş müraciətlərini vecinə almayan bir qurum, nə əcəb Bəxtiyara anındaca nəinki cavab verib, hətta Hacıyevə palet təşkil eməklə onun təbliğatı ilə məşğul olub? Bəxtiyarı təbliğ etməkdə məqsəd nədir?

B.Hacıyev Dövlət Miqrasiya Xidməti rəisinin çıxışlarını “Facebook”-dakı səhifəsində yerləşdirir, onun təbliğatı ilə məşğuldur, ancaq dürüst və islahatçı nazir kimi Müzəffər Ali Baş Komandanın rəğbətini qazanmış Mikayıl Cabbarov haqqında ağzına gələni yazır? Bu nə riyakarlıqdır? Deputatların, hökumət adamlarının işğal olunmuş ərazilərimizə hələ getmək imkanı olmayıb. Bəxtiyar isə bu əraziləri su yoluna döndərib. Məgər, ölkədə tək vətənpərvər odurmu? Dövlət qurumları Orduya yardımı layiqincə həyata keçirir, şəhid və qazi ailələrinə bütün köməklikləri edir. Fərarinin əsgərlərin arasında nə işi var?

Əli Həsənovun trolu olan Azər Həsrət də Prezidentin kadr siyasətindən narazıdır. Adam BDU-nun kitabxanaçılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub, amma müdafiə edə bilməyib. Hər yerə baş vurur. Baş vurduqca, beyni silkələnir. Təhsilin əlifbasını bilmir, təhsildən danışır. Bir ara korrupsioner Misir Mərdanovu tərifləyirdi. İqtisadçı deyil, amma iqtisadiyyat sahəsində aparılan islahatlara qara yaxır. Bunun yiyəsi pərdənin arxasından nə zaman çıxacaq? Adam bir dəfə də olsun Vüqar Səfərlinin qanunsuz işlərindən, korrupsiya əməllərindən danışmadı, əksinə, Vüqar kimiləri ilə bir komandada oldu. Əli Həsənov nostaljisi onda artıq melanxoliya yaradıb.

Ümumiyyətlə, “beşinci kolon”un nümayəndələri Vətən Müharibəsindəki qələbəmizdən sonra xeyli aktivləşiblər. Onlar açıq-aşkar himayə olunur və onların bəzilərinin sərbəst hərəkəti üçün şərait yaradılır. Vəziyyət o həddə gəlib çatıb ki, ölkə başçısının apardığı islahatlara qarşı çıxırlar. Bunun qarşısı nə zaman alınacaq?

Sədi Heydərov, 

Riyaziyyat üzrə fəlsəfə doktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam