Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Deyirdi ki, sizi doğma torpaqlara qaytaracağıq... Ərliyini isbatlayan ŞƏHİDİMİZ-FOTOLAR

                Qrabağ uğrunda şəhid olan qəhrəmanlarımızdan biri də 26 yaşlı Elnurdur...

Yenixeber.org: Elnur Şahmurad oğlu Cabbarov kökən, əslən erməni işğalçılarının istila etdiyi Laçın bölgəmizdən idi... 15 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində, Laçın rayonu məcburi köçkünləri üçün salınan yaşayış məntəqəsində anadan olan Elnur Laçın torpaqlarını görməsə də ürəyi bu müqəddəs torpqları görmək arzusu ilə döyünüb...Bu arzu, bu istəklə də Elnur erməni istilaçıları ilə üzbə-üz qalmalı oldu. Oldu,..Qəhrəmancasına, əsl Azərbaycan, əsl türk kişisi kimi. Bir daha bu millətin böyüklüyünü, ərliyini isbatladı...Canı bahasına! Deyirdi ki, Qarabağı işğalçılardan alacağıq, sizi doğma torpaqlara qaytaracağıq...

Elnur  Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində təsis edilən məktəbdə təhsil alıb.

Qəhrəmanımız 2012-ci ildə hərbi xidmətə yollanıb. Fiziki baxımdan güclü olduğu üçün FHN-in Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb. 

O, hərbi xidməti başa vurduqdan sonra polisə ictimai nəzarət qrupuna şəxsən keçmiş daxili işlər naziri Ramil Usubov tərəfindən seçilib. Lakin Elnurun vətəninə olan sevgisi, dədə-baba torpaqlarını işğal edən düşmənə qarşı nifrəti onu hərbçi olmağa sövq edib.

Elnur Vətən müharibəsinin başlamasından bir neçə ay öncə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.

Ailəsinin və dostlarının dediyinə görə, Elnur döyüşlərin ən qızğın olduğu bölgələrdə qəhrəmanlıqla iştirak edib. Xüsusilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlının, Şuşa yolunun nəzarətə götürülməsində iştirak edib və ön sıralarda döyüşüb.

O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin üzünü görmədiyi iki aylıq körpəsi yadigar qalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə Şəhid Elnur Şahmurad oğlu Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunasına görə”, “Xocavəndin azad olunmasına görə“ medalı və “Qarabağ” ordeni ilə təltif edilib. 

Məkanı cənnət olsun. Amin.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam