E.Nuriyev 44 günlük Vətən Savaşı dövründə "Şamlıq" restoranənın yanında, özünə hektarlarla ərazidə, özü də Kür çayının mühafizə bəndləri zonasında böyük bir Şadlıq Evi inşa etməklə məşğul olub. Məlumat verən mənbə bildirir ki, bir çox yerli idarələrin texnikaları işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb edildiyi bir vaxtda Nuriyev özünə şadlıq evi inşa etdirib və texnikaları da öz şəxsi mülkiyyətini, sərvətini artırmaq üçün saxlayıb.
Sabirabad rayonunda bütün əhali şəhidlərini son mənzilə yola salarkən, rayonun demək olar ki, bütün kəndlərində, rayon mərkəzində hər kəs yalnız şəhidlərinin əziz xatirəsini yad edərək onlara ehtiram saxladığı bir zamanda Elman Nuriyev şadlıq, toy, sərvət əldə etmək üçün özünə gün ağlamaqla məşğul olurdu.
İndi isə elektron poçtumuza daxil olan vəı haqqında söhbət etdiyimiz Şadlıq Sarayının tikintisinə cəlb edilən dövlət müəssisəsinə məxsus texnikaların videosunu və ulqunluq meşənin necə dağıdıldığına dair görüntüləri təqdim edirik:
Qeyd edək ki, Əhmədzadənin haqqında danışdığımız oliqarx məmuru Sabirabad rayonunda saysız hesabsız obyektlərə, bahalı avtomobillərə, ailə üzvlərinə məxsus olan dəbdəbəli villalara malikdir. Onların da foto və video görüntülərini yaxın günlərdə təqdim edəcəyik.(teref.az)
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.