Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

BAYRAĞIMIZIN DALĞALANACAĞI YERLƏR

 

Yaz günlərindən biri idi. Amma buna baxmayaraq günəş hər yana şəfəq saçırdı. Bir sözlə əla hava idi. Buna baxmayaraq yaman fikirli idim, rahatlığım pozulmuşdu. Niyəsinə də heç cür cavab tapa bilmirdim. Fikirimi dağıtmaq üçün yaşadığım göydələn binanın yeddinci qatındakı mənzilimdən eyvana çıxdım. Dedim şəhəri sey edim, bəlkə fikirim dağıldı. Bu vaxt balaca nəvəm Zəhra (onda onun üç yaşı vardı.Maşallah indi ikinci sinifə gedir, pis də oxumur) pencəyimin ətəyindən dartıb, yalvarırmış kimi dedi: - Baba, nə olar məni də qucağına al, şəhərə baxım. Aşağı əyilib onu qucağıma götürdüm. Çox sevindi. Gülüşünə sevinc və heyranlıq qatıb ətrafa baxmağa başladı. Birdən axdardığını tapıbmış kimi sevincək, Azneft meydanında dalğalanan üç rəngli bayrağımızı göstərib:- Baba, bir ora bax, ora da Azərbaycandır,- deyib boynumu bərk- bərk qucaqladı.

Zəhranın bu sözündən çox qəhərləndim, deyəcəyim sözlər boğazımda ilişib qaldı, gözlərim yaşardı. Gözümün önünə yüz illərdir Azərbaycandan ayrı düşmüş Dəmirqapı Dərbəndimiz, ulu Göyçəmiz, qədim İrəvanımız, saz, söz məkanı Borçalımız, tarixin özü qədər yaşı olan Təbrizimiz və son otuz ildə erməni faşistlərinə havadarlıq edənlərin bir başa silah gücüylə əlimizdən alınmış torpaqlarımız var. Zaman gələcək bu torpaqları ürəyimizin təpəri, qolumuzun gücüylə murdar yağılardan təmizləyib orda üç rəngli müqəddəq bayrağımızı dalğalandıracayıq,- dedim.

Bu deyimim özümümün özümə təsəllim yox, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə və güclü, qəhraman, rəşadadlı Azərbaycan Ordusuna böyük inamım idi. Bu inam və ümüdlə Ali Baş Komandanın döyük əmrinin nə vaxt veriləyəcəyini bütün ölkə əhalisi kimi mən də səbirsizliklə gözləyirdim. Və millətin, dövlətin gözlədiyi o müqəddəs gün axır ki, gəldi. Bütün ölkə müsəlləh bir əskər kimi ayağa qalxdı. Bığ yeri təzə tərləyən cavan da. yaşlı qoca da mənfur düşmənə qarşı könüllü vuruşmaq üçün səfərbər oldular. Amma müzəffər Azərbaycan ordusu olduğuna görə bunlara ehtiyac olmadı. Elə Vətən müharibəsinin ilk günlərindən qəhraman Azərbaycan ordusunun şanlı əsgərlərinin şücaəti sayəsində 30 il düşmən tapdağında olub inim- inim inləyən, sızım- sızım sızlayan, əzab çəkən torpaqlar azad olundu və o torpaqda üç rəngli bayrağımız dalğalandı. İlahi, bu nə böyük xoşbəxtlik, bu nə böyük sevinc idi ki, bizə qismət elədin. Sənin böyüklüyünə və ucalığına min şükür! Bu sevincdən kimlərə pay düşmədi, yeni doğulan uşağa da, ömrünün son günlərini bəlkə də, son saatlarını yaşayan insanlara da, doğma ölkəsindəndən min kilometirlərlə uzaqda yaşayan soydaşımıza da, bizə qardaş olan Türkiyənin, Pakistanın, Əfqanıstanın... vətəndaşlarına da.

 

Günlər bir- birini əvəz elədikcə, qələbə xəbərləri də bir- birini əvəz edirdi. Bu xəbərləri böyük sevinc və qürur hissi ilə Ali Baş Komandan cənab İlham Əliyev qürurla, sevgiylə xalqa çatdırırdı və bundan bir qədər sonra Müdafiə Nazirliyi müqəddəs bayrağımızın hansı şəhərdə, kənddə, yüksəklikdə dalğalandığının görüntülərini tv- lərlə yayımlayırdı. Özümüzdən asılı olmadan müqəddəs hissilərlə dalğalanan üç rəngli bayrağımıza baxdıqca gözümüzdən sevinc yaşları tökür, ucadan: “Yaşasın Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu”,- deyə hayqırırdıq. Murov ucalığımıza bayraq sancanda on milyon xalq bir nəfər kimi Murov kimi yüksək oldu və kim olduğunu anladı, sinəsi qabardı, dəniz kimi qabardı, bayraq kimi dalğalandı. İnamı ürəyinə, gücü qoluna qayıtdı. Azərbaycan xalqının, onun şanlı ordusunun necə güclü və yenilməz olduğunu dünya media orqanlarının, məşhur tv- lərinin ekranlarından yaxın uzaq ölkələrə və bir çoxlarının ermənipərəst rəhbərlərinə göstərdi, sübut elədi. Azərbaycanın haqq işinə dəstək verənlər də oldu, bu həqiqəti görməmək üçün kor olanlar da oldu. Bu korlar həqiqət, ədaləq, haqq qarşısında balacalaşdılar, cılızlaşdılar, gözdən düşdülər.

Əsil vətəndaşları üçün darıxan, loru dildə desək burnunun ucu göynəyən Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Kəlbəcərə və başqa- başqa dədə- baba torpaqlarımıza bayrağımız asıldıqca erməni tapdağında 30 il əziyyət çəkmiş, beli yağır olmuş torpaq başını qaldırıb sevincək əsil sahiblərinə “xoş

gəldiniz övladlarım. Nə yaxşı gəldiniz”,- deyib şadlanırdı. Köksündə dalğalanan aylı, ulduzlu üç rəngli bayrağa baxıb köks ötürüb gülürdü.

Müstəqill ölkənin özünün milli pulu, anayasası, gerbi, bayrağı, qoşunu olduğu kimi onun bütöv torpağı da olmalıdır. Bizim bütün dövlət atributlarımız var idi. Bununla qürur duyurduq, fərəhlənirdik. Amma çox təəssüf ki, bütöv torpağımız yox idi. Bu bizim üçün böyük dərd, böyük əzab idi. Danışanda, güləndə bir- birimizin üzünə dik baxa bilmirdik. Utanırdıq,xəcalət çəkirdik. Bu dərddən nə qədər soydaşımız dözə bilməyib həyatla vidalaşmızdı. Çünki torpaqsızlıq dərdi bəlkə də dünyanın ən ağır, ən üzücü, ən utancaqlıq gətirən dərdidir. Bu dərd insanın belini əyib onu torpağa yaxınlaşdırırdı. İnsan acı olan torpaq da onu qoynuna alırdı. Doğma torpağı mənfur düşməndə olan heç bir ölmüş adamın da ruhu dinclik tapıb rahat olmur.

Tanrının böyüklüyünə şükür, artıq Vətən yolunda şəhid olanların da, torpaqsızlıqdan, vətənsizlikdən əzab çəkib dünyasını dəyişənlərin də sərkardan gəzən, narahat olan ruhları da dinclik tapdı, rahatlandı. Ona görə ki, onların qisası qiyamətə qalmadı, az bir müddətdə- cəmi- cümlətəni 44-cə günə erməni faşistlərindən on qat, bəlkə də yüz qat artıqlamasıyla alındı. Bunu nankor, vəhşi, əzazil, insanlığa ləkə olan ermənilər də, onların nahaqq, ədalətsiz işini ləyaqətini, mənliyini, insanlığını itirən bəzi ermənipərəst ölkələrin liderləri, siyasiləri, yala hürən jurnalistləri də etiraf etdilər. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda çaylarımız öz istiqamətində axır, durna gözlü bulaqlarımız daha gür çağlayır, daş üzərində bitmiş çiçəklər rahat- rahat çiçəyini açır, kəsilmiş, doğranmış ağaclar yeni ömürlərini yaşayır, talalar, cığırlar, gədiklər böyük sevgiylə öz doğmalarını gözləyir. Bir sözlə torpaq əsil sahidlərinə qolunu gen açıb: “Gəlin, gəlin mənim doğmalarım. Tez gəlin ki, sizi bağrıma basıb rahatlanım”,-deyir.

44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusu haqqında yaradılan mifi darmadağın etdi. Məlum oldu ki, erməni ordusu heç də, deyildiyi kimi güclü deyil. Əsgərləri döyüşmək gücündə deyil, silahları da köhnədir. Heç kimə sirr deyil ki, insanlar öz torpaqları uğurunda vuruşanda yenilməz, iradəli döyüşkən və qorxmaz, başqasının torpağı uğurunda vuruşanda isə qorxaq və gücsüz olurlar. Məhz bu səbəbdən də bizinkilər daha güclü, ermənilər isə daha gücsüz idilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik bacarığı, cəsarəti, qətiyyəti və Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində Çəbrayıla, Zəngilana, Qubadlıya, Füzuliyə, Ağdama, Şuşaya və neçə- neçə kəndlərimizə, qəsəbələrimizə, yüksəkliklərimizə müqəddəs bayrağımızı sancdıq. Və bu uğur, bu qələbə hər bir Azərbaycan vətəndaşının ürəyini dağa döndərdi. Beləliklə də düşmən əsarətindən xilas edilmiş hər bir yerdə Azərbaycan bayrağı dalğaladırdı. Azərbaycanımız gec də olsa bütövləşməyə doğru irəlləyir. Amma. Və bu amma çox adamı narahat edir. Son günlər elektrom media və sosial şəbəkələrdə reallıqdan (mənə görə) uzaq fikirlər səsləndirilir. Güya Xankəndinə on minlərlə erməni ailəsi qayıdıb gəlir və onlara Rusiya pasportları verilir, hər adama isə nə qədərsə dollar verilir və s. və i

Belə dezinformasiyaları dövrüyəyə buraxmaq bəzi adamlarda hədsiz çaşqınlıq, qıcıq və inamsızlıq yaradır. Xankəndinin bizə qaytarılmayacağı, ermənilərin orda bizsiz yaşayacaqları, hətta orda heç vaxt üç rəngili Azərbaycan bayrağının dalğalanmayacağı da bu xəbərlər arasındadır. Belə baş alıb gedən, vətəndaşlarımızı hədsiz dərəcədə narahat edən xəbərlərə son qoymaq üçün lap tezliklə Azərbaycan bayrağını Xankəndində asamaq lazımdır. Əgər ermənilər üçün bu qəbul edilməzdirsə, Azərbaycan torpaqlarını tərk edib, rədd olsunlar öz xarabalarına. Qaldı ki, Azərbaycan bayrağının bundan sonra haralarda dalğalanacağına, güman edirəm ki, bu heç kimə sirr deyil. Sağlıq olsun inşallah, zamanı gələndə Azərbaycanın Müzəffər ordusu oraları da murdarlıqdan təmizləyər.

Məmməd Araz deyirdi: “Vətən mənə oğul desə nə dərdim. Mamır olub qayasında bitərdim”. Üzümü Vətən oğularına tutub deyirəm: Oğullar, ərənlər, igidlər siz məğrurluğunuzla, döyüşgənliyinizlə, igidliyinizlə, mərdliyinizlə BÖYÜK VƏTƏNİMİZƏ OĞUL OlDUNUZ. Tanrı şəhidlərimizə rəhmət eləsin, sizlərə də can sağlığı versin. Vətən də, vətəndaş da sizin qulluğunuzdadır.

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam