Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar“ -Sabiq nazir

“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar“  - Sabiq nazir

Məlum olduğu kimi, Kəlbəcər rayonunda yerləşən Zod qızıl yatağının 74 faizi Azərbaycanın payına düşür. Kəlbəcərin Azərbaycana təhvil verilməsindən sonra mədəndəki iş rejimi faktiki olaraq dayandırılıb. Ermənistan mətbuatının yazdığına görə, zavodun Azərbaycanın nəzarətinə keçməsi 6 min erməninin işsiz qalmasına səbəb olub.

Yenixeber.org: Maraqlıdır, Azərbaycan Zod qızıl yatağının fəaliyyətini bərpa edə bilərmi?

Sabiq Maliyyə naziri Fikrət Yusifov bildirib ki, Ermənistanın Zod qızıl yatağında 6 min nəfər işlətməsi tam qanunsuz, işğalçı bir siyasət nəticəsində baş verən haldır:

“Orada çalışanlar, ümumiyyətlə, bu işin başında dayananların başa düşməliydi ki, gec-tez sonluq bu cür olacaq. Burada Azərbaycan tərəfin heç bir günahı yoxdur. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparıb və torpaqlarını işğaldan azad edib, Zod qızıl yatağının Azərbaycana aid olan hissəsini geri qaytarıb. Yəni biz özümüzə aid olanı qaytarmışıq. İndi burada erməni işsiz qalıbsa, o, erməni hökumətinin özünün problemidir. 6 min nəfərin hər birinin orta hesabla 4-5 ailə üzvü varsa, deməli, təxminən 25 min insan gəlir mənbəyindən məhrum olub. Bunların hamısını vaxtında nəzərə almaq lazım idi”.

Həmsöhbətimiz qeyd edib ki, insanlarımız orada məskunlaşdıqdan sonra onlar üçün yataqların istismarı nəticəsində yeni iş yerləri açılacaq:

“Hökm deyil ki, oranı bu dəqiqə istismar edək. Bir ildən, il yarımdan sonra da istismar edə bilərik. Qızıl orda dayanıb, nə korlanır, nə sıradan çıxır. Zamanla orada öz vətəndaşlarımız çalışar, qızılı da Azərbaycan hökuməti hasil edər. İndiyədək qanunsuz olan istismara və bu işin həyata keçirilməsi üçün cəlb edilən xarici şirkətlərə gəldikdə isə təbii ki, onların qanunsuz əldə etdiyi gəlirlə bağlı Azərbaycan hökuməti beynəlxalq hüquqi müstəvidə məsələ qaldıracaq, çünki vurulan ziyan ödənməlidir. Ermənistan və onun cəlb elədiyi şirkətlər bunu ödəməyə məcbur olacaqlar”.

İqtisadçının sözlərinə görə, Zod qızıl yatağının Azərbaycana il ərzində nə qədər valyuta gətirəcəyini təxmini bilmək üçün ilk əvvəl həmin ərazidə müəyyən hesablamalar aparılmalıdır:

“O ehtiyatların dəqiq hesablamasını aparmaq lazımdır. Təbii ki, Zod Azərbaycanın ən böyük qızıl yataqlarından biridir. Belə bir yatağın olması Azərbaycan üçün çox önəmlidir. Bir ölkənin ərazisində qızıl yatağı varsa, onun valyuta, qızıl ehtiyatlarının formalaşmasında belə bir yatağın rolu əlbəttə ki, xüsusi olacaq. Hesablamalar aparıldıqdan sonra biz buradan əldə edəcəyimiz gəlirin məbləği ilə bağlı fikir səsləndirə bilərik. Bu gün onu demək biraz çətindir. Çünki illərdir oranı istismar edirlər və oradan nə qədər qızıl apardıqlarını bilmirik”.

 

“Ermənilər Kəlbəcərdən apardıqları qızılın pulunu qaytarmalı olacaqlar“  - Sabiq nazir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam