Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra Hakimiyyətlərinin sevimli Abıyevi: -Bir manatlıq “böyük” şirkət...

İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...

Lerik Rayon İcra Hakimiyyəti “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti ilə maliyyə dəyəri 47 443.32 AZN təşkil edən müqavilə imzalayıb. 

Yenixeber.org: Müqavilədə Lerik şəhəri Hıramo kəndinə gedən avtomobil yolunun təmiri nəzərdə tutulur. 

İqtiadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına əsasən “Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. “Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.

Hansısa səbəbdən 1 manatlıq “Elnur-2” şirkəti əsasən ölkənin cənub rayonlarının yerli hakimiyyət orqanlarının keçirdiyi tenderlərin qalibi olur.  

Bu ilin sentyabrında Astara Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün “Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin maliyyə dəyəri 542 353.23 AZN-dir. 

2019-cu ildə isə Astara Rayon İcra Hakimiyyəti “Elnur-2” İstehsalat Kommersiya Şirkəti ilə maliyyə dəyəri 2 233 000 AZN olan müqavilə bağlayıb. Müqavilədə 36 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur.

“Elnur-2”nin qanuni təmsilçisi Zaur Abıyev həm də “Birlik-3A” MMC-nin qanuni təmsilçisidir. Nizamnamə kapitalı 50 AZN olan sözügedən MMC də Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. Məsələn, bu ilin may ayında “Birlik-3A” MMC Astara Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi elan edilib. İcra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 542 615 AZN olan müqavilə imzalanıb.

Zaur Abıyevin adı ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alır. O məhkəməyə ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügedən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam