Redaktor seçimi
Rusiyanın dəyişməyən Qarabağ siyasəti-
Valyuta müharibələri:
Dövlət qurumlarının informasiya resurslarındakı nöqsanlar-
“Dövlət baba” SOCAR-a əl gəzdirir-
“Tunelin sonundakı” sülh
Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... -3000 avroluq masajçı qadınlar və daha nələr-
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb -
AZƏRBAYCAN-TÜRKMƏNİSTAN DANIŞIQLARI MƏXFİ APARILIB - 
Günün xəbəri

Evi tərk edən xəstələri hüquqi məsuliyyət gözləyir

 

                            Bəs, onların ehtiyacları, qidası, dərmanı necə təmin olunsun?..

Yenixeber.org: Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ev şəraitində müalicə alan koronavirus xəstəsi saxlanılıb. Aktiv COVİD-19 daşıyıcısı olan həmin şəxs karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə, vətəndaş yaşadığı evə qaytarılıb, onun barəsində cinayət işi başlanıb.

Belə hallar az deyil. Koronavirusa yoluxmuş, müalicəsi davam edən vətəndaşlar karantin qaydalarını pozaraq küçəyə, ictimaiyyət arasına çıxırlar və bununla da virusun daha geniş yayılmasına şərait yaradırlar.

Məsələyə münasibət bildirən hüquqşünas Zaur Əliyev qeyd etdi ki, ev şəraitində təcridetmə qaydalarının pozulmasına görə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə inzibati məsuliyyət daşıyırlar:

“Bu isə o deməkdir ki, həmin şəxsləri 200 manatdan 400 manatadək cərimə gözləyir. Ancaq qanunda daha ağır hallar üzrə maddələr də nəzərdə tutulub. Cinayət Məcəlləsinin 139-1. maddəsində göstərilir ki, sanitar-epidemioloji qaydaları pozaraq ictimaiyyət arasına çıxmaq, yoluxma riskini artırmaq birbaşa cinayət məsuliyyəti yaradır. Bununla bağlı 2500 manatdan 5000 manatdək cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırıması, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma bu hallar ağır nəticələrə səbəb olarsa, ölüm halları baş verərsə, bu zaman həmin şəxsləri 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”.

Hüquqşünasın sözlərinə görə, bu kimi hüquqi qərarları da nəzərə alaraq bir daha koronavirus xəstələrindən qaydalara riayət etmək və digər şəxsləri təhlükəyə atmamaq tələb olunur.

Vəziyyətin hüquqi tərəfini izah etməyə çalışdıq. Bəs, koronavirusa yoluxmuş insanların sosial vəziyyətini düşünən varmı? Bəlkə həmin insanlar çarəsizlikdən və köməksizlikdən, məcburiyyət qarşısında qalaraq xəstə olduqları halda evdən çıxmalı olublar? Onların ehtiyaclarını təmin etmək üçün hər hansı mexanizm olmalı deyilmi? Bütün bunlar necə tənzimlənir?

Sosioloq Əhməd Qəşəmoğlu suallara cavabında bəyan etdi ki, həmin insanların ehtiyaclarını təmin etmək üçün mexanizm mütləq olmalıdır:

“Çünki əvvəla, bunlar bizim vətəndaşımızdır. Hər bir vətəndaş ağır, çətin vəziyyətə düşəndə cəmiyyət və dövlət həmin insana kömək etməlidir”.

Sosioloq dedi ki, koronavirusla mübarizə şəxsi məsələ olmamalıdır:

“Bu, vətəndaşın şəxsi işi deyil ki, ürəyi istədi deyə evi tərk etsin və ya ürəyi istədi deyə evdə otursun. Əgər infeksiyaya yoluxmuş vətəndaş ehtiyacı olan nəyisə almaq istəyirsə və buna görə evi tərk edirsə, digər insanları da yoluxdurmuş olur. Deməli bu, onun şəxsi problemi deyil”.

Ə.Qəşəmoğlunun fikrincə, hökumət indiyə qədər ciddi bir mexanizm hazırlamalı idi:

“Ev şəraitində mülicə alan xəstələrə kömək etməli idilər. Elə yaşlı insanlar var ki, koronavirusa yoluxublar. Həmin insanlar dərman, ərzaq almaq üçün evdən çıxmalıdırlar. Ona görə də, elə bir xidmət olmalı idi ki, bu insanlar dərhal kömək üçün zəng edə bilsinlər və köməyə ehtiyaclarının olduğunu bildirsinlər. Bu, məsələnin bir tərəfdir. Yəni dövlət, hər hansı bir qurum tərəfindən bu mexanizm təcili hazırlanmalıdır. Hələ ki gec deyil. Gündə yüzlərlə, minlərlə xəstə olur, xəstəxanalar bu qədər yükü qaldıra bilmirlər. İkinci tərəfdən isə gərək bu insanlara heç olmasa, qohum-əqraba kömək etsin. Təbii ki, insanlar bu virusa yoluxanlarla əlaqədə olmaq istəmir. Bütün rayonlarda baş verənlərdən xəbərdaram. Camaatın çoxu virusa yoluxduğunu gizlədir. Bu, bir bəladır, amma gizlətməklə də virusu yaymış oluruq. Təbii ki, yoluxmuş insanlar qohum-qonşudan kömək istəyə, lazımı ehtiyaclarını həmin insanlar alıb, qapıya qoya bilərlər. Bütün bunların bir yolu olmalıdır”.

Ə.Qəşəmoğlu qeyd etdi ki, koronavirusa yoluxmuş insanlar onsuz da psixoloji sarsıntı keçirirlər, belə bir dönəmdə onlara qayğı göstərmək lazımdır:

“Biz sizinlə maarifləndirmə işləri barədə çox danışmışıq. Cəmiyyət maarifləndirmə işlərindən qorxur. Maarfləndirmə olmalıdır, cəmiyyət bilməlidir ki, bu, dünya miqyaslı bəladır. Hamı bir-birinə kömək etməlidir. Bu köməyin də qaydası olmalıdır. Biz istəməsək də, koronavirusla yanbayan yaşamağa öyrəşməliyik. Bu yaşam qaydalarını insanlara da öyrətməliyik. İnsanlara bir-birindən necə qorunmağı, necə bir-birlərinə yardım etməyi öyrətmək lazımdı. Yenə də qeyd edirəm ki, ciddi bir maarifləndirmə işləri aparılmır, yalnız günahı camaatın üzərinə atırıq ki, başa düşmür, xəstə ola-ola evini tərk edir. Bir nəfər də soruşmur ki, həmin insan evini niyə tərk edib, niyə məcbur olub, çıxıb və s… Bütün bu problemlərin həllinin mexanizmi hazırlanmalıdır”.(pressklub)

Ülviyyə Şahin

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}