Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Laçının azad edilməsi Ali Baş Komandanın qətiyyətinin, ordumuzun gücünün göstəricisidir”:Cəlil Xəlilov

         

 “Bu zəfərlərin hər biri Azərbaycan tarixində qızıl hərflərlə həkk olunacaq”

“Laçının azad edilməsi Ali Baş Komandanın qətiyyətinin, ordumuzun gücünün göstəricisidir”.

 

Yenixeber.org: Bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilovun sözlərinə görə, Ağdam və Kəlbəcərin ardınca, Laçın rayonunun da azad edilməsi, ordumuzun güc və qüdrətindən xəbər verir:

“Təbii ki, Ağdam və Kəlbəcərin ardınca Laçın rayonunun da azad edilməsi, Azərbaycan ordusunun bu torpaqlar üzərində nəzarətinin təmin edilməsi olduqca böyük, tarixi bir nailiyyətdir və bu, ölkə başçısının dəmir iradəsinin, Azərbaycan ordusunun yenilməzliyinin təzahürü kimi

qiymətləndirilməlidir. Baş verən bu olaylar göstərdi ki, ordumuz qarşısında qoyulan istənilən tapırığı yerinə yetirmək, işğaldakı torpaqlarımızı azad etmək, bu torpaqlarda yenidən Azərbaycan bayrağını ucaltmağa qadirdir və heç bir qüvvə bu məsələdə ona mane ola bilməz. Ali Baş Komandanımızın dediyi kimi, dəmir yumruqla düşmənin başını əzdik, onu işğal etdiyi torpaqları tərk etməyə məcbur etdik. Və əminəm ki, ordumuzun bu uğurlarının hər biri tarixə qızıl hərflərlə həkk olunacaq”.

 

Polkovnik Laçının azadlığının ərazi bütövlüyümüzün təmini baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

 

“Laçının azad edilməsi ərazi bütövlüyümüzün tam təmin edilməsi, erməni işğalına son qoyulması baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki Laçın Ermənistan ordusunun nəzarətində qalan sonuncu Azərbaycan ərazisi idi və 1 dekabr tarixindən etibarən bu torpaqlar da ordumuzun nəzarətinə keçdi. Bununla da faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

 

Bu tarixi hadisə münasibəti ilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edir, bütün vətəndaşlarımıza gözaydınlığı verirəm”.(moderator)

 

Seymur ƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam