Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qaradağ sement zavodunun direktoru Frederikin kef məclisi-FOTO

 

 Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, keçmiş sovet dövründə, daha dəqiq desək 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə (Açıq Səhmdar Cəmiyyəyə) çevrilib.

Yenixeber.org: “Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.
Məlumat üçün bildirək ki, özəlləşdirmə zamanı keçmiş “Qaradağ – Sement” ASC-nin (hazırda “Holcim Azərbaycan” ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib.

Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.
Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.
Ancaq neçə illərdir ki, yüksək gəlirlə işləyən “Sement zavodu” öz keçmiş işçilərinə. yəni səhmdarlara divident ödəmir. Bu barədə dəfələrlə səhmdarlar müxtəlif dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə olmayıb.

Əksinə Holcim ASC səhmdarlara bildirib ki, pandemiya-karonavirus səbəbindən səhmdarlarının iyunun 3-nə təyin edilmiş illik ümumi yığıncağı QEYRİ-MÜƏYYƏN tarixə qədər təxirə salınıb.
Redaksiyamıza daxil olan məlumata görə, yalandan koronavirus səbəbindən səhmdarların pulunu ödəməyən, hətta ümumi yığıncağı QEYRİ-MÜƏYYƏN müddətə təxirə salan Holcim-in direktoru FREDERİK GUİMBALA-nın başı eyş-işrətə qarışıb. Koronavirus dövründə məhdidiyyətlər ortada olduğu vaxtda, ictimai məsafə qadağanı zamanı cənab Frederik Guimbala necə hərəmxana saxlayır, eyş-işrət, diskoteka-zad…
Bəs hüquq-mühafizə orqanları hara baxır ?
Keçmiş fəhlələrin, yəni səhmdarların pulunu-dividentini verməyən cənab Frederik Guimbala bu kef məclislərinə pulu haradan tapır ?
Fərz edək ki, əcnəbi Frederikin başı eyş-işrətə qarışıb. Bəs şirkətin Maliyyə direktoru DİLBƏR Sultanovanın başı nəyə qarışıb ?
Bu barədə araşdırmamız davam edir.(nuh.az)

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam