Redaktor seçimi
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Günün xəbəri

Sorosun -“azərbaycanlı uşaqları” Nikolun xilasına çalışır

Sorosun “azərbaycanlı uşaqları” Nikolun xilasına çalışır
Son günlər Ermənistan tərəfi ordumuzun uğurlu əməliyyatlarını dayandırmaq üçün bütün imkanlardan istifadə edir. İrəvanın son variantı Azərbaycana qarşı ənənəvi kampaniya aparan “yerli şəbəkə”ni aktivləşdirməkdir.
Yenixeber.org: Plan çox aydındır: əvvəl “milli sülh çarçıları” işə salınır, daha sonra onlara qrant verənlərin təzyiqi başlayır, ardınca qrant verənlərə siyasi tapşırıq göndərənlər prosesə qoşulur və siyasi təzyiq gücləndirilir. Artıq bu istiqamətdə aktiv fəaliyətlər hiss olunur. Məsələn, “Meydan TV”-nin, Mehman Hüseynovun, Leyla Qeybulla və bu kimi digər qrant qullarının son davranışları buna əyani sübut ola bilər.

Məsələni şərh edən politoloq Sahil İskəndərov deyib ki, müharibənin aktiv mərhələsində və erməni ordusunun gerilədiyi bir vaxtda “sülhpərvərlərin” aktivləşməsi heç də təəccüb doğurmur:

“Hazırda Sorosun “bala”ları bir sıra zəif dövlətlərdə, o cümlədən postsovet məkanında hakimiyyətə yiyələniblər. Onların diktəsi ilə dəfələrlə bir sıra iğtişaşların törədilməsi və başqa neqativ proseslərin cərəyan etməsini müşahidə etmişik. Amma bu proseslər Azərbaycanda işləmədi. Biz 2005-ci ildə həmin şəbəkənin iç üzünü aşkar görəndən sonra onlarla bağlı bir sıra qəti addımlar atdıq. Təəssüf ki, indi sorosçular yenidən aktivləşiblər. Xüsusən də bu həssas dönəmdə meydanda daha çox fəal görünməyə başlayırlar”.

Politoloq deyir ki, illərlə Azərbaycanın inkişafını əngəlləməyə çalışan qüvvələrin dəyirmanına su tökən bu qrupların hazırkı müharibə mövzusunda sinxron davranışları daha iyrənc görünür. Çünki bu “qrant uşaqları” əvvəllər indi dediklərinin əksinə danışırdılar:

“Bir müddət əvvələ qayıdıb yaxın tariximizi vərəqləsək görərik ki, onlar dəfələrlə Azərbaycan hakimiyyətini torpaqların işğalda qalmasında maraqlı olmaqda günahlandırıblar. Yəni guya iqtidar öz hakimiyyətini qoruyub saxlamaq üçün torpaqlarımızın azad edilməsini istəməyib. Hətta ağız dolusu iddia edirdilər ki, guya hakimiyyət bizim torpaqlarımızı böyük güclərin əlindən ala bilməyəcək, döyüşdə uduzacaq və xalq da iqtidardan incik düşəcək. İndi iqtidar məhz özünün titanik əməyi sayəsində yaratdığı güclü ordu və beynəlxalq siyasi konyuktura konteksində torpaqlarımızı işğaldan azad etməyə başlayanda həmin qruplar artıq başqa hava çalırlar. Yəni qrant qullarının nə zurnaları özlərinindir, nə də çaldıqları havaları. Üzdə aktivlik göstərən həmin şəxslər Sorosun və digər donor təşkilatların sifarişlərinə uyğun oynamağa başlayıblar. Bunlar heç zurnaçı da deyillər”.



Sahil İskəndərov vurğulayıb ki, hazırda əsas Soros qullarından olan Paşinyanın yalvarmadığı, müraciət etmədiyi ölkə başçısı və beynəlxalq təşkilat qalmayıb. O aşkar şəkildə hər gün irəliləyən Azərbaycan ordusunu dayandırmağa çalışır. Belə bir mənzərənin fonunda Sorosun azərbaycanlı “uşaqları”nın da oxşar addımlar atmağa başlayaraq sülhə çağırışlar etməsi Nikolun xilasına hesablanıb:

“Onlar əgər doğrudan da “sülh göyərçinləri”dilərsə, niyə bu 30 ildə bir dəfə də olsun işğalçını qınamadılar. Sülh çağırışları ilə nəyə nail oldular? Ancaq aldıqları çirkli pulların müqabilində Azərbaycan hakimiyyətinə, milli mənəvi dəyərlərimizə qara yaxdılar. Artıq bütün cəmiyyətimiz bilir ki, həmin insanların əlindən böhtan atıb ağa qara deməkdən başqa heç nə gəlmir. Əslində bu da təbii haldır. Çünki məhz bu cür zəif insanları belə məqsədlər üçün “icarəyə” götürürlər. Sorosun “azərbaycanlı uşaqları” həqiqətən də bir əşya kimi istifadə olunurlar və məhz “icarəyə götürülmüş” ünsür sayılırlar. İndi də çox savadsız və qərəzli ideya yaymağa başlayıblar ki, iqtidar torpaqları azad etməklə öz hakimiyyətini legitimləşdirməyə çalışır. İqtidara artıq xalq dörd dəfədən artıq etimad göstərib. Zatən bu xalq indiki hakimiyyətdən çox razıdır. Azərbaycan Prezidenti məhz xalqının siyasi iradəsinə söykənib vətəndaşların tələbi ilə tarixi torpaqlarımızı işğaldan azad etməyə başlayıb. Bəs tərəfini saxladığınız Paşinyan hansı məzhəbə quluq edirdi? O hansı legitim hakimiyətin təmsilçisi sayılır? Küçədən gələn, xarici qüvvələrin idarə etdiyi bu baməzə fiqur legitimdirmi? Yəni belə çıxır ki, bizdəki bəlli üzdəniraqlar-“Meydan tv”, Emin Hüseynov, Arzu Qeybulla və s. qrantla hərəkət edən qüvvələr əslində bu bəyanatlarla Paşinanın qeyri-legitim hakimiyətini iflasdan qurtarmağa çalışırlar”.

Politoloq onu da vurğulayıb ki, Ermənistanın tarix boyu strateji müttəfiqi, hətta ağası olmuş Moskva belə bu qeyri-legitim hakimiyyəti dəstəkləməkdən boyun qaçırır, ona əl uzatmır. Ruslar Paşinyanın qazdığı quyuda özünün batmasını gözləyir ki, “Qarabağ Ermənistandır” deyib çıxdığın yolda Azərbaycana sonacan cavab ver:

“Amma sən demə içimizdəki, Arzu Qeybullalar, “meydançı”lar Paşinyandan daha çox erməniymişlər. Biz 30 ildir səmərəsiz olan sülh prosesini qırdıq, uğurlar əldə etdik, amma üzdəniraqların uğurlarımıza verdiyi qiymətə baxın… Görünür Qərbdə pərdə arxasından xüsusi bir kampaniya başladılıb. Amma Qərbin zorla gətirib oturtduğu Soros qulunun indiki anormal siyasi gedişlərini erməni xalqı da bağışlamayacaq. Çünki müharibəyə səbəb Nikol oldu, minlərlə gəncin ölümünü o təşkil etdi. İndi ermənilərin ordu sıralarına yazılmaqdan boyun qaçırması kimi hallarla bağlı məlumatlar daha çox yayılmağa başlayıb. Ölkədə ciddi narazılıq dalğası geişlənir və bütün bunlar da onu göstərir ki, Paşinyan belə asanlıqla canını qurtara bilməyəcək. Bu səbəbdən də Paşinyanın xilası ilə bağlı Qərbdə bəzi dairələr xüsusi bir kampaniya başladıb ki, bu aktivləşən “sülh sərçələri” də onun tərkib hissəsidir. Hazırda Azərbaycana təzyiq metodlarından biri də belə aktivistlər vasitəsilə edilir. Axı bu xalq həmin ünsürlərin əli ilə daha hansı çirkabları görmədi? Onlar indi nə üzlə sülhdən dəm vururlar? Hər iki tərəfdən belə sülh quşları var ki, hazırda müharibənin qarşısının alınmasına çalışırlar. Bir tərəfdə erməni rəhbərə sərf edən ünsürlərin tələbi başadüşüləndirsə, bizim tərəfdə bunu istəyənlərin hansı ağıla quluq etməsi sual doğurur.

Niyə bizim “sülhpərvərlər” Paşinyanın özünə və ya havadarlarına müraciət etmirlər ki, bu qırğınlara bais olmusunuz deyə torpaqlardan da qan tökülmədən çıxmalısınız. Məscidlərimiz murdalanıb donuz saxlananda, Paşinyan kefli halda Cıdır düzündə yallı gedəndə haradaydı bu “sülh quşları”? İyul təxribatında sülh göyərçinləri niyə gözə dəymirdi axı? İndi də Gəncəyə Ermənistandan raket zərbələri endirildi ki, bu terror hadisəsi zamanı uşaqlı qadınlı xeyli dinc sakin öldü. Amma burada da “sülh göyərçinləri” görünmədilər… Niyə bizim faciəmiz olanda tərəfləri sülhə çağırmırlar, amma rəşadətli ordumuz surətlə torpaq azad etməyə başlayanda təcili sülhdən dəm vururlar? Suallar çoxdur, cavab isə birdir. Bu adamlar əsl sülh göyərçinləri yox, qranta işləyən adamlardılar. Həmin qrup müharibə goreşənləri, göztəpəklərdir.

Qısası, bizim hazırki haqq işimizdə, davamızda qatqısı olmayan məlum üzdəniraqlar proseslərə mane olmağa da haqq etmirlər. Qələbələrimizdə zərrə qədər də payı olmayan bu “quşlar”ın hazırda bizə qarşı törədilən cinayətlərdə payları çoxdur. Çünki bu gün haqqı yox nahaqqın yanında olduqlarını bir daha nümayiş etdirmiş oldular”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}