Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından -MÜRACİƏT

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının

Erməni terrorçularının Gəncəyə növbəti hücumu ilə bağlı

Beynəlxalq Təşkilatlara müraciəti

 

Yenixeber.org: 2020-ci il 17 oktyabr, gecə saat 01 radələrində Ermənistanın növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan, münaqişə zonasından 80 kilometr aralıda yerləşən Gəncəyə, mülki əhalinin sıx yaşadığı əraziyə  SCUD/Elbrus tipli balistik raketlə hücum etməsi nəticəsində 13 nəfər ölmüş, 52-dən çox insan yaralanmışdır. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar da vardır.

Son iki həftə ərzində üçüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır. Nəzərinizə çatdıraq ki, indiyə kimi bu hücumlar nəticəsində Gəncədə 27 mülki şəxs həlak olmuş, 100-dən çox insan yaralanmışdır.

Ermənistan hərbi və siyasi rəhbərliyinin qəsdən və məqsədyönlü şəkildə münaqişə zonasından çox uzaqda yerləşən, 500 minlik əhalisi olan Gəncə şəhərini bombalaması, böyük dağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi XXI əsrin tarixində insanlıq əleyhinə törədilmiş ən qanlı müharibə cinayəti kimi yer alacaqdır.

Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq, terror aktı Azərbaycan ictimaiyyətini və eləcə də işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi bizi- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını dərindən narahat edir. Bizi narahat edən təkcə bu deyildir, bizi ciddi şəkildə məyus edən, dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, dünya birliyi tərəfindən məhz bunun üçün yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırıma və müharibə cinayətlərinə hələ də səssiz qalmasıdır.

BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Ermənistanın siyasi və hərbi rəhbərliyi -Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılmaları üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

BMT Təhlükəsizlik Şurası Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalarsa, həmin qurumun təcavüzkar, mülki əhalinin qatili olan Ermənistan hərbi rəhbərliyinin  tam müdafiəsi və törədilən beynəlxalq cinayətlərə haqq qazandırılması, bu cinayətlərə şərik olmaları anlamına gələcəkdir. Tarix isə bunu heç vaxt və heç kimə bağışlamayacaqdır !

Ona görə də biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü adından BMT Təhlükəsizlik Şurasından təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayəti qəti şəkildə pisləməsini, sahib olduğu mandatdan istifadə edərək Gəncənin bombalanması əmrini verən, çoxlu sayda mülki əhalinin ölümünə səbəb olan təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atılmasını tələb edirik.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

17.10.2020


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam