Yenixeber.org: İmişli Məşğulluq Mərkəzinin sabiq, Saatlı Regional Məşğulluq Mərkəzinin isə hazırkı rəisi Mirşamil Seydovla bağlı narazılıqlar bitib tükənmək bilmir. Xatırladaq ki, İmişli Məşğulluq Mərkəzinə rəhbərliyi dönəmində süründürməçi xarakterinə görə daim tənqid olunan Seyidov, nə qədər qəribə də olsa mərkəzlər regional amillərlə birləşdiriləndən sonra kimsənin gözləmədiyi halda Regional Mərkəz direktoru təyin olundu. Bu da təsadüfi deyil. Mətbuatın yazdığına görə Saatlı Məşğulluq Mərkəzinin direktoru Mirşamil Seyidov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qohumudur.
Saatlı Regional Məşğulluq Mərkəzinin rəhbəri nazir müavininin qohumu olsada...
Xatırladaq ki, Vusal Nəsirlidə əslən İmişli rayonundandır. İmişlidəki mənbədən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Mirşamil Seyidovun İmişli Məşğulluq Mərkəzinə qısa müddətli rəhbərliyi dönəmində yalnız bir ay ərzində 800-ə yaxın şəxsi müxtəlif işlərə cəlb edib. Onu da xatırladaq ki, həmin işə cəlb edilmə ilə bağlı statistika ƏƏSMN rəsmi saytında da yer alıb. Mənbənin bildirdiyinə görə əsasən rayonun kommunal xidmət və yaşıllaşdırma idarələrində işçi kimi qeydiyyata alınan şəxslərin bir qismini günün istənilən vaxtında rayon mərkəzindəki çayxanalarda görmək mümkündür. Və məlumatda o da qeyd edilir ki, həmin şəxslər məhz rəisə yaxın olduqları üçün toxunulmazlıq statusundadırlar. Mənbənin bildirdiyinə görə İmişli Məşğulluq Mərkəzinin sabiq rəis İlham Rüstəmli öz yaxın çevrəsində qeyd edirmiş ki, o işlədiyi 6 il müddətində Mirşamil Seyidovun qısa müddətdə etdiynin hətta yarısını belə etməyib. Bəs kmidir bu şəxsə bu qədər cəsarət verən? Diqqət yenə də ƏƏSMN-in müavini Vüsal Nəsirlinin üzərinə yönəlir.
Saatlı Regional Məşğulluq Mərkəzinin rəhbəri nazir müavininin qohumu olsada...
Son ayların islahatlarının nəticəsi olaraq rayondakı bir neçə xidmət sahələri birləşdirilərək vahid təşkilat formasında fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə məhz həmin birləşmiş xidmət idarəsində aidiyyatı dövlət qurumları tərəfindən hal – hazırda müvafiq yoxlamalar aparılır. Məlumatı verən mənbənin bildirdiyinə görə yoxlamanın diqqətini çəkən əsas məsələ məhz Mirşamil Seyidovun qısa müddətdə kütləvi şəkildə işə cəlb etdiyi şəxslərdir. Sözsüz ki, əgər süni şişirtmə faktı təsdiqini tapacağı halda yəqin ki, nazir müavininin qohumu ilə bağlı müvafiq qərarda veriləcək. Çünki bu şəxsdən narazılıqlar artan xətt üzrə getməkdədir. Belə ki, M.Seyidovun işə cəlb etdiyi şəxslər elə cəlb edildikləri formada da – kütləvi şəkildə işdən kənarlaşdırılırlar. Bu isə M.Seyidovdan narazılıqların daha da çoxalacağının anonsudur.

Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
(conflict.az)