Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“SAB” kolbasasının içindən milçək çıxdı, şikayətə 2 aydır baxan yoxdur –FOTOFAKT

 

 “Gündəlik kolbasanın içərisində milçək çıxıbsa, əslində bütün cavabdehlər əl-ayağa düşməlidirlər. Amma bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar”.

Yenixeber.org: Bunu Orxan Hüseynli adlı şəxs sosial şəbəkədə “Bravo” marketdən aldığı “SAB” kolbasasının içindən milçək çıxmasını əks etdirən şəkilləri paylaşan zaman bildirib.

Orxan Hüseynli “Bravo market”dən doğradaraq aldığı “SAB” kolbasasının içindən milçək çıxması ilə bağlı istehsalçı şirkət və Qida Təhlükəsizlik Agentliyinə şikayət etsə də, şikayətinə baxılmadığını bildirir:

“Uşaq dedi, ata kolbasanın içində nəsə var, diqqətlə baxdım ki, milçəkdir.Ürəyimiz ağzımıza gəldi. Allahdan uşaqlar diqqətlidir ki, yeməyib. Marketə şikayət etdim, “istehsalçı firma gəlsin, cavab versin” dedim. İki aydır “SAB” firmasının heç vecinə deyil, heç bir məsul şəxs cavabdehlik daşımır. Telefonlarına heç bir halda cavab verilmir. Zaman itirmədən Qida Təhlükəsizlik Agentliyinə bildirdim. Dedilər ki, araşdırılıb cavab veriləcək. İki aydan çoxdur ki, heç bir formada cavab verilməyib və dəfələrlə zəng etsəm də, cavab veriləcək deyilib. Halbuki qanunvericiliyə əsasən 15 gün, zəruri halda 30 gün ərzində vətəndaşın müraciətinə cavab verilməlidir. Lakin maraqları nədirsə, işi fırladıb dururlar. Eləcə də marketin çağrı mərkəzi heç bir nəticəyə gətirmədi.

Həqiqətən dəhşətə gəlirəm. Gündəlik kolbasanın içərisində milçək çıxıbsa, əslində bütün cavabdehlər əl-ayağa düşməlidirlər. Amma bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar. Mən heç kimin haqqına girməmək üçün bu qədər müddət gözlədim ki, bəlkə sivil formada açıqlama verilər və üzrxahlıq edilər. Amma olmadı. Ona görə də qoy hamı bu hadisədən xəbərdar olsun ki, sizdə mənim kimi kolbasada sürpriz həşəratla qarşılaşa bilərsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq. (Tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam