Redaktor seçimi
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Günün xəbəri

Ramiz Mehdiyevi ittiham edənlərdən biri onun ƏLALTISI ÇIXDI... - Aydəm İsmayılov hər zaman belə davranıb...-DE-FAKTO

 
Son günlər Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə, Prezident Adminstrasiyanın rəhəri vəzifəsində işlədiyi dövrdə iş adamları tərəfindən bahalı hədiyyələrin verilməsi ilə bağlı məlumatlar yayımlanır.
Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, Prezident Adminstrasiyaının keçmiş rəhbərinə bahalı hədiyyə edənlərdən biri də, mətbuatda adı sabiq MTN naziri Eldar Mahmudovun adamı kimi çəkilən, iş adamı Aydəm İsmayılov olub.

Bildirilir ki, Eldar Mahmodov vəzifədən çıxarılandan sonra Aydəm İsmayılov Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin vasitəsi ilə “boz kardinal”a çıxış tapıbmış. Məhz Ramiz Mehdiyev Aydəm İsmayılovu himayəsinə aldıqdan sonra Mahmudovçu iş adamı paytaxtın mərkəzində hündür mərtəbəli binalar tikməyə başlayıbmış. Ancaq 2017-ci ildə Aydəm İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Bakı şəhəri Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə gündəmə gəlib.

Xatırladaq ki, paytaxtın mərkəzində həyata keçirilən həmin “yaşıl soyqırım”ı prezident İlham Əliyev öz nəzarətinə götürmüşdü. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi.

Qeyd edək ki, həmin vaxt “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi.

Məlumata görə, 2017-ci ildə “yaşıl soyqırım”a görə prezidentin haqlı qəzəbinə tuş gələn Aydəm İsmayılovun tikinti şirkətinə Ramiz Mehdiyev heç cür kömək edə bilməyib. Həmin hadisədən sonra A.İsmayılov tikinti sektörü ilə vidalaşmalı olub.

Mənbə bildirir ki, məlum hadisəyə qədər Aydəm İsmayılova himayəçiliyi kürəkəni vasitəsi ilə Ramiz Mehdiyev edirmiş. Məhz Aydəm İsmayılov “boz kardinal”ın xoşuna gəlmək üçün paytaxın tanınmış yerlərindən ona 8 otaqlı mənzil hədiyyə edib. Həmin mənzilin Yasamal rayonu “Tri Korono” deyilən ərazidəki binlardan birində yerləşdiyi qeyd edilir.

Bildirilir ki, 8 otaqlı mənzili Aydəm İsmayılov xüsusi zövqlə bəzətdirmiş və təmirdə istifadə olunan matreallara böyük xərc çəkib.

Adı çəkilən mənzilin Ramiz Mehdiyevin kürəkəni, həmin vaxt Milli Məclisin deputat olan İlham Əliyevin ailə üzvülərindən birinin adına keçirildiyi qeyd olunur.

Qeyd edək ki, ötən həftə fəlsəfə elmləri doktoru Aydəm İsmayılov mətbuatda Ramiz Mehdiyevə qarşı bir neçə sərt təniqidi məqalələrə çıxış edib.(xeber.de)
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}