Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ramiz Mehdiyevin nəvəsinin toy təşkilatçılığını İradə Gülməmmədova həyata keçirib-İDDİA

 

 

 İradə Gülməmmədovanın Abşerona icra başçısı vəzifəsinə Ramiz Mehdiyevin himayəsi, xeyir-duası ilə gəlidiyi bildirilir

Yenixeber.org: Ötən silsilə yazılarımızda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyətində keçirilən araşdırmalar zamanı aşkar edilən rüşvətxorluq, talançılıq faktları barədə geniş bəhs edilmiş icra başçısı İradə Gülməmmədovanın cinayət məsuliyyətindən kənarlaşdırılması və onun əvəzindən heç bir təqsiri olmayan rayonun baş memarı Akif Əliyevin əsassız həbs edilməsi nüfuzlu saytlarda geniş yer almış, ictimailəşdirilmişdir.

Lakin son günlər redaksiyamıza etibarlı mənbələrdən sızan digər məlumatlarda göstərilir ki, 3-4 ay bundan əvvəl İradə Gülməmmədovanın rayonda rüşvət yığanı kimi tanınan qardaşı Rövşənin oğlu Rauf Quliyev adının çəkilməsini istəmədiyimiz bir nəfər azyaşlı qızın namusuna təcavüz etmiş, Binəqədi rayon prokurorluğunda Rauf Quliyevə cinayət işi açılmışdır. İradə Gülməmmədova dərhal kriminal işə müdaxilə edərək qıza çox yağlı vədlər-avtomaşın, ev, villa söz vermiş, cinayət işi bağlandıqdan sonra qıza heç bir çürük qoz da verməmişdir.

Beləliklə də İradə Gülməmmədovanın haram pulları hesabına aldadılmış cavan bir qızın gələcək həyatına, xoşbəxtliyinə balta vurulmuş, qızcığaz ömürlük bədbəxt olmuşdur. Görünən budur ki, başçı o qədər varlanıb ki, onun gözləri artıq ayağının altını görmür. Nə olar, başçının var-dövləti, sərvəti, sərmayəsi var, bədbəxt edilən qızın da Allahı var!

Son günlər akademik Ramiz Mehdiyevin Abşeron rayonunun ərazisindəki bağ evində karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə keçirdiyi toy mənşəyi media gündəmini zəbt etməkdədir.

Toy mərasimində iştirak edən tanınmışlar; millət vəkili Siyavuş Novruzov, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və digərləri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə edilmiş və inzibati cəzalar almışlar, lakin bir vaxtlar Ramiz Mehdiyevin himayəsi ilə icra başçısı vəzifəsinə yüksələn İradə Gülməmmədova toy şənliyinin bütün təşkilatçılığını həyata keçirsə də çox güman ki, toyda iştirak etsə də o yenə də məsuliyyətdən kənarda qalmış, heç bir cəzaya, məsuliyyətə cəlb edilməmişdir.

İradə Gülməmmədova burada ikiqat məsuliyyət daşıyır. Həm hadisənin onun başçısı olduğu rayonda baş verməsinə, həm də toyun keçirilməsinə təşkilatçılıq zəhmətin görə. Üstəlik Abşeron rayon polis əməkdaşlarını həmin gün şadlıq sarayı olan əraziyə nəzarət etmək üçün səfərbəylik edibmiş.

Geniş oxucu kütləsini bir sual dərindən düşünməyi vadar edir: Oxucu fikirləşir ki, bu gün Azərbaycanın ucqar bölgələri də müasirləşir, rayonlarda aparılan abadlıq quruculuq işləri insan qəlbini riqqətə gətirir, amma xarabağarlığı xatırladan Abşeron rayonunda heç bir iş görülmür, icra başçısı yalnız Abşeron torpaqlarını makler kimi satmaqla rüşvətxorluqla, talançılıqla məşğul olur, çirkin əməlləri aşkar edildikdə həbs cəzası onun qapısını döydükdə öz əvəzindən günahsız memarı tutdurur.

Karantin qaydalarının əksinə olaraq başçılıq etdiyi rayonda Ramiz Mehdiyevin nəvəsinin toy mərasimini təşkil edir, şənlikdə iştirak edən bütün qonaqlar cəzalandırılır, cərimələnir, bu qaydasız oyunda ikiqat məsuliyyət daşıyan İradə Gülməmmədova oyundan kənarda qalır.

Görəsən bütün bunlar hansı səbəbdən baş verir? Onu müdafiə edən, arxasında dayanan kimdir? İcra başçısı prezidentin kreslosunda oturub onun siyasi kursuna müqavimət göstərməsini görəsən anlayırmı?

Bütün bunlar barədə son söz ölkə başçısınındır. Prezidentə məsləhət verməyə haqqımız, hüququmuz çatmaz, lakin Abşeron rayonunda mövcud olan rüşvətxorluq, talançılıq və sosial gərginlik bunu deməyə əsas verir ki, İradə Gülməmmədova artıq vəzifəsinə, kreslosuna əlvida deyəcək, onu savadlı, sanballı, vətənini, xalqını qanı-canı qədər sevən prezidentin siyasi kursuna sədaqət göstərən pakəməlli bir nəfər əvəz edəcək.(millətinsəsi.info)

Təkin Mirzə

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam