Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"TƏHLÜKƏ ÇOX CİDDİ VƏ REALDIR..." –“Türkiyədən Azərbaycana heç vaxt belə net dəstək ifadə edilməmişdi”

Xaləddin İbrahimli: “Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür 

Yenixeber.org: Professor Xaləddin İbrahimli müsahibəsində avqustun əvvəllərində Azərbaycanla Türkiyə arasında keçiriləcək genişmiqyaslı hərbi təlimlərin əhəmiyyətindən danışıb. Müsahibəni təqdim edirik:

Türkiyə ordusu ilə Azərbaycan ordusu ölkəmizdə birgə hərbi təlimlər keçirəcək. Artıq təlimdə iştirak edəcək hərbçilər və texnika Naxçıvan Muxtar Respublikası ərazisinə gətirilib. İndiki dövrdə bu qərar hansı zərurətdən irəli gəlib?

 

- Geniş bir cografiyanı əhatə edən əsgəri təlimlər nəzərdə tutulur. Təlim keçiriləcək bölgələrə diqqət yetirsək, açıq görəcəyik ki, bunlar təkcə ermənilərin potensial hücum əraziləri ola biləcək Naxçıvan, Gəncə-Qazax bölgəsi deyil, həm də Bakı və ətrafıdır. Bu, Xəzərdən, şimaldan potensial hərbi müdaxiləyə hazırlıqla, ölkə əhalisinin az qala yarısının yaşadıgı Abşeron yarımadasının mühafəzəsi ilə baglıdır. Bir sözlə, əsgərlər həm əhalinin mühafizəsi, həm sərhədlərimizin pozulması, həm də enerji layihələri üçün yarana biləcək təhlükələri dəf etmək üçün hazırlaşdırılacaq.

 

Türkiyədə Azərbaycanla, ümumilikdə isə Qafqazla baglı narahatlıqlar açıq görünür. Bu hansısa ciddi təhlükələrdənmi xəbər verir?

 

- Əlbəttə, təhlükə çox ciddi və realdır. Rusiya Xəzərdə və Gəncə-Qazax bölgəsində gərginlik yaratmaq niyətindədir. Əgər burada istəkləri gerçəkləşsə, sonrakı mərhələdə gərginliyin qərbdən Gürcüstana, şərq tərəfdən isə Orta Asiyaya keçməsi planlana bilər. Bu isə Türkiyə sərhədlərində gərginlik zolagının daha da böyüməsi - Aralıq dənizindən Qara dənizə qədər uzanması, eyni zamanda enerji kəmərlərinin Rusiyanın nəzarətinə keçməsi anlamına gəlir. Türkiyədə bu təhlükəni gerçək bir təhlükə kimi görürlər. O üzdən də Tovuz hadisələrində ən yüksək siyasi və hərbi səviyyələrdə, həm də çox açıq və qərarlı tonda Azərbaycana dəstək ifadə edildi. 1991-dən sonra Türkiyədən Azərbaycana heç vaxt belə açıq və net dəstək ifadə edilməmişdi.

 

- Azərbaycan tərəfin hərbi təlimlərə razılıq verməsi gözlənilən idimi?

- O bir gerçəklikdir ki, bizim ordunun içində kənar dövlətlərə işləyənlər kifayət qədərdir. Bu həm aprel, həm də Tovuz döyüşlərində açıq göründü. Savaşın elə ilk günündə generalımızı və polkovnikimizi bir həmlədə öldürdülər. Savaşda belə şey olmur. Bu, Cövhər Dudayevin qətlinə oxşayan bir sui-qəsdə bənzəyirdi. Bənzər hadisələr Aprel döyüşlərində və sonra da baş vermişdi. Rusiya belə məqamlarda xalqı qorxutmaq, onun iradəsini qırmaq üçün açıq oynayır. "Sənin orduna sahib olan mənəm" demək istəyir. Paşinyanı ortaya salan və Azərbaycan tərəfin hissləri ilə oynamağa məcbur edən də, Moskvadakı iş adamlarına bu gün bir, sabah tərs komanda verib gülünc duruma düşürən də eyni gücdür.

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimə qərar verməsi təbii ki, asan deyil. Bu qərarı bir az əvvəl başlayan Rusiya-Ermənistan birgə təlimləri asanlaşdırdı. Digər tərəfdən, Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür, baş verə biləcək xaosun hansı sonuclara gətirəcəyini proqnozlaşdırmaq asan deyil. O da bir gerçəklikdir ki, Türkiyənin maraqlarını və istəklərini də gözardı edə bilmir.

Birgə təlimlər Azərbaycan hakimiyyətinin sabah-biri gün Ermənistanla savaşa başlayacagı anlamına da gəlməz. Mən bu variantı ümumiyətlə istisna edirəm... Epizodik, qısa müddətli döyüşlər ola bilər, amma müharibə yox.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam