Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Düşmən yenə ağır itkilər verdi -canlı qüvvə, zirehli texnika, PUA...

Azərbaycanın da cəbhədə şəhidlərinin sayı artdı; toqquşmalar hər an bütün cəbhəboyu və Qarabağa yayıla bilər; xalq Vətən müharibəsinin başlanmasını istəyir...

Yenixeber.org: İyulun 12-si günorta saatlarından Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginlik səngimir. Bildirilir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

- polkovnik Mirzəyev İlqar Anzor oğlu; 

- mayor Əhmədov Namiq Hajan oğlu; 

- mayor Novruzov Anar Gülverdi oğlu; 

- gizir Zeynallı İlqar Ayaz oğlu;

- gizir Babayev Yaşar Vasif oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.

Azerbaycan ordusu bu gun 7 sehid verdi - VİDEO

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. “Yeni Müsavat”ın cəbhə bölgəsində olan əməkdaşları xəbər verir ki, həlak olan Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

“Generalların həlak olması onu göstərir ki, generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsus ki, döyüşlər itkisiz olmur”. Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib. “Əmin etmək istəyirik ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq” deyə, nazir müavini əlavə edib. Müdafiə nazirinin müavini bildirib ki, iyulun 12-dən bəri düşmənin 100 nəfərədək canlı qüvvəsi məhv edilib. Qarşı tərəfsə itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.

Düşmənə məxsus PUA vurulub - RƏSMİ Ayna.az

Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bundan başqa, xəbər verilir ki, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Ermənistan ordusunun mayor və kapitanı məhv edilib

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın cavab zərbələri nəticəsində guya iki hərbçisin məhv edildiyini etiraf edib. Məhv edilən hərbçilər mayor Qaruş Ambarsumyan (1989) və kapitan Sos Elbakyandır (1992). Qeyd edək ki, Ermənistan 5 yaralı hərbçinin olduğunu açıqlasa da, ciddi itkilərini  gizlədir.  

Azərbaycan Respublikası Baş Prokurorluğu cəbhə bölgəsində baş verənlərlə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir ki,  Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir. Prokurorluq bildirib ki, hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Rusiya, KTMT və digər dairələr atəşi dərhal dayandırmaq çağırışı ediblər. Ancaq iyulun 12-də KTMT-yə üzv ölkələr Ermənistanın istəyi əsasında təcili iclasın keçirilməsinə etiraz etdilər. Politoloq Qabil Hüseynli deyib ki, bu ölkələr Ermənistanın əsl niyyətini yaxşı anlayır və işğalçı ölkəyə görə hərtərəfli əməkdaşlıq etdikləri Azərbaycanla üz-üzə gəlmək istəmirlər. Bu fakt belə Ermənistanın üzv olduğu təşkilatda sözünün keçmədiyini göstərir. Bu qurumda isə Rusiyanın rəyi həlledicidir.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın bu proseslərdə iştirakına onun böyük şübhələri var: “İndi Ermənistan-Rusiya əlaqələri elə yüksək səviyyədə deyil ki, Moskva bu məsələlərdə iştirak etsin. Gəlin baxaq, tutaq ki, Rusiya iştirak etdi, sonra nə qazanacaq? Hərbi-siyasi divident qazana bilərmi? Yox. Açığını deyək ki, həm Ermənistanda, həm də Azərbaycanda Rusiyaya münasibət - Qarabağ məsələsi ilə bağlı - mənfidir. Hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, Rusiyanın hər bir hərəkəti tənqidlə qarşılanacaq”.   

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ...

Tofiq Zülfüqarov

 

XİN rəhbəri S.Lavrovun isə döyüşləri dərhal dayandırmaqla bağlı çağırış etməsi, Rusiyanın Ermənistanı qınamamasına gəldikdə, T.Zülfüqarov dedi ki, onu gözləmək düzgün olmaz: “Əslinə qalsa, Rusiya öz maraqları çərçivəsində hərəkət edir. Aydın məsələdir ki, Paşinyanı istəmir. Paşinyanın reytinqini azaltmaq, onu devirmək üçün ictimai rəyin dəstək olmasını istəyirlər. Yəni məqsədləri budur. Yəni Ermənistanı bu yolla saxlaya bilərlər. İkinci variant ondan ibarətdir ki, Ermənistanı saxlamaq da istəmirlər. Bir sıra hallarda deyirlər ki, Rusiya heç vaxt Ermənistanı əldən verməz. Belə olsaydı, onda Baltikyanı ölkələr, Ukrayna, Belorus Rusiya üçün daha qiymətli olub. Onda Gürcüstanı əldə saxlayardı”.

T.Zülfüqarov birmənalı şəkildə hesab edir ki, sərhəddə müharibəni Paşinyan alovlandırır: “Bəzən məntiqli görsənmir ki, Ermənistan tərəf hər şeyi əldə etdikdən sonra nəyə görə təxribatlar etsin, müharibənin bərpasını istəsin axı? Amma biz Paşinyan administrasiyasına baxsaq, görəcəyik ki, Moskva onu öz tərəfdaşı kimi qəbul etmir və qəbul etmək ehtimalı da çox azdır. Gün-gündən münasibətlərdəki böhran daha da dərinləşir. Paşinyan da başa düşür ki, o, heç vaxt Moskvanın adamı ola bilməz və Rusiyadan dəstək gələsi deyil. İkinci tərəfdən, ölkədə onun bütün siyasi rəqibləri həm iqtisadi, həm də siyasi baxımdan Moskvadan dəstək alan şəxslərdir. Demək olar ki, Moskva Paşinyan üçün ən böyük təhlükədir. Bundan azad olmaq üçünsə, o, Qərbə doğru getməlidir. Amma Qərbə getmək üçün bir dönüş etməlidir. Yəni ictimai fikirdə belə rəy yaratmalıdır ki, müttəfiq olan Rusiya Ermənistanın maraqlarını satdı. Bunu həll etmək üçün ən qısa yol hərbi əmliyyatların bərpasıdır. Əməliyyatların bərpasından sonra isə nəticədən asılı olmayaraq, Paşinyan bəyan edəcək ki, Rusiya bizi satdı. Deyəcək ki, nəyə lazımdır Rusiya, KTMT, onlara müraciət etdik, bizə dəstək vermədilər, köməyimizə gəlmədilər, Rusiyanın verdiyi silahlarla Azərbaycan bizim övladlarımızı qırıb-çatdı və s. Bu baxımdan Paşinyan artıq at gedişi etmək istəyir. Bu yolla da öz populyarlığını qadırır, Rusiya tərəfə olan müxalifətini məhv edir. Beləliklə də uduşu qazanan Paşinyan administrasiyası olur. Bəli, onlar hansısa əraziləri də itirə bilərlər”. 

Sabiq XİN rəhbəri gərginlik ocağı kimi Tovuz bölgəsinin seçilməsini təsadüfi saymadı: “Sərhədin Tovuz istiqamətindən toqquşmanın təşkil olunması o deməkdir ki, ”Ermənistana təhlükə yaranıb, Rusiya, KTMT bizə kömək etmir". Digər tərəfdən də onlar qorxmurlar ki, Azərbaycan Ermənistan ərazilərini işğal edər. Elə bir mövqe tapıblar ki, orada hərbi əmliyyatlar aparmaq çox çətindir. Yəni düşmənin həmin mövqeləri ələ keçirilsə, deyəcəklər ki, Azərbaycan bizim əraziləri işğal edib".

T.Zülfüqarov hesab edir ki, ermənilər hər vəchlə əməliyyatların Qarabağ bölgəsi istiqamətindən bərpa olunmamasına çalışacaqlar: “Diqqət edin, ikinci məntəqə ortaya çıxıb-Naxçıvan. O istiqamətdə də gərginlik yaradıldı.  Bununla da ”baxın, Rusiya bizim köməyimizə gəlmədi, amma Türkiyə iki dəfə bəyanat verib ki, biz Azərbaycanın yanındayıq! Hələ Moskva sazişi əsasında Türkiyə Naxçıvana görə Azərbaycana kömək də edəcək".

İndiki situasiyada Azərbaycanın nə etməli olduğu barədə danışarkən eks-nazir dedi ki, Azərbaycan vəziyyətdən öz xeyrinə maksimum istifadə etməlidir: “İndi bəllidir ki, Rusiya köməyə gələn deyil. Bu şəraitdə biz tam gücümüzdən istifadə edib bütün cəbhə xətti boyunca hərəkətə keçməli, həmçinin işğal olunmuş ərazilərimizi düşməndən azad etməliyik. O halda düşmən qüvvələrini bölməyə məcbur olacaq və bölmələrin bir hissəsi Tovuz cəbhəsindən aparılacaq”. Sabiq nazir dedi ki, Ermənistan bundan sonra davamlı şəkildə Azərbaycanın mülki yaşayış məntəqələrini hədəfə alacaq: “Elə şərait yaradacaqlar ki, Azərbaycan bütün gücü ilə döyüşə başlasın. O halda bəyan edəcəklər ki, Rusiya bizə kömək etmir. Ruslar da bunu yaxşı başa düşürlər. Bilirlər ki, Ermənistana kömək etsələr də, etməsələr də, ermənilər günahı onların üzərinə yıxacaq”. Sabiq nazir dedi ki, indi Rusiyanın müdafiə naziri Şoyqunun 2016-cı ilin aprelindəki kimi, “atəşi dayandırın” mesajı ilə Bakıya zəng etmək fikrində deyil. T.Zülfüqarov Qərb dairələrinin “narahatıq” məzmunlu reaksiyalarını da ciddiyə almağı məsləhət görmür: “Narahatlıq elə bizim özümüzdə də var. Amma müharibənin öz  qaydaları var. Sən zərbə vurmusan, mən də cavab verməliyəm”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Politoloq Elxan Şahinoğlu isə bu fikirdədir ki, Rusiyada ermənipərəst mərkəzlər Kremldən Ermənistan ordusuna dəstəyi artırmağı tələb edəcəklər. Amma ekspert hesab edir ki, Azərbaycan Ordusu hərbi əməliyyatları davam etdirmək əzmindədir: “Azərbaycan cəmiyyəti işğal olunmuş torpaqların azad olunmasını tələb edir. Bunun üçün zamanın yetişdiyini düşünənlər az deyil. Mümkündür ki, yaxın günlərdə hərbi əməliyyatların coğrafiyası artaraq Naxçıvan və Dağlıq Qarabağ istiqamətinə yönəlsin. Azərbaycan son döyüşlərdə bir neçə hərbçisini və generalını itirib. Bu, Azərbaycan Ordusuna döyüşləri davam etdirməsi üçün ciddi səbəbdir”. E.Şahinoğlu deyir ki, Azərbaycan Ermənistana dəstək verməyə hazırlaşan xarici güclərin təzyiqlərini və təxribatlarını neytrallaşdırmaq üçün dost və tərəfdaş ölkələrlə əlaqələri gücləndirməlidir: “Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərhəddəki insidentlə bağlı belə bir cümlə işlətdi: ”Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq". Mövlud Çavuşoğlu bu cümlə ilə demək istədi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək".

Qəzet çapa hazırlanarkən cəbhədə gərginlik davam edirdi...
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam