Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

ERMƏNİSTAN PAYTAXTINDA NÖVBƏTİ BOMBA HƏYƏCANI:Paşinyan tərəfdarları sabitliyin pozulacağı qorxusunu yaşayırlar -TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 07 iyul 2020-ci il

 

Yenixeber.org: İyulun 6-da günün birinci yarısında bomba yerləşdirilməsi haqqında siqnal gəlməsilə əlaqədar olaraq, İrəvanın iki iri ticarət mərkəzində təxliyə əməliyyatı həyata keçirilib.

Şübhəsiz, bu iki siqnal bir-birilə əlaqədardır. Bu da bizdə Ermənistanda sabitliyi pozmağa yönəlik telefon terrorunun olması haqqında şübhələr doğurur.

Bunun Ermənistana yönəlik hibrid müharibəsinin tərkib hissəsi olmasının mümkünlüyü nəinki şübhə doğurmur, eyni zamanda yüksək ehtimal daxilindədir. Buna uyğun olaraq, baş verənlər, – hansılar ki, yalnız hüquq-mühafizə orqanlarının sayıqlığının yoxlanılması məqsədilə də həyata keçirilə bilərdi, – sərt cavab almalıdır və aydın olmalıdır ki, belə taktika ilə, bənzər metodlarla Ermənistanı gərginlikdə saxlamaq uğur gətirə bilməz. Bundan əlavə, nəinki uğur gətirə bilməz, sözsüz uğursuzluğa düçar olacaq, eyni zamanda hüquqi və kriminal-hüquqi nəticələr doğuracaq.

Ümumiyyətlə, belə hərəkətlər, özü də epidemioloji fövqəladə vəziyyət şəraitində, yalnız xuliqanlıq kimi deyil, dövlətə qarşı cinayət kimi qiymətləndirilməlidir.

Hazırda epidemiyaya qarşı uğur qazanmaq üçün nəhəng səylər göstərən dövlət, açıq şəkildə ölkə daxilində siyasi lövhələr altında sığınacaq tapmış “5-ci kolon”un hədəfinə çevrilibBu şəraitdə ölkədə sabitliyi pozmağa yönəlmiş hər hansı bir cəhd başqa bir şey deyil, dövlətə hücumdur.

Aydındır ki, inqilabsonrası Ermənistanın hər bir santimetri “yoxlanışa” məruz qalır. Məqsəd, ola biləcək irəliləyişin hansı istiqamətdən həyata keçirilməsinin mümkünlüyünü anlamaq, aydınlaşdırmaqdır. “Ənənəvi irəliləyiş istiqaməti” olan sərhəd, hərbi ön xətt indi həm hərbi-texniki, həm də hərbi-siyasi amillər planında çox möhkəmdir.

İnqilabdan sonra İrəvan tərəfindən bir sıra siyasi tamasaların qoyulması nəticəsində artıq ön xətti Ermənistan və Artsaxa (Dağlıq Qarabağ mətndə belə adlandırılıb – tərc.) qarşı istifadə etmək mümkün deyildir. Bu səbəblə, intensiv şəkildə Ermənistanın arxa cəbhəsini yoxlayırlar. Bu o deməkdir ki, burada veriləcək cavablar öz mahiyyəti və məntiqinə görə elə olmalıdır ki, dövlətə qarşı xarici təcavüz olarkən verilən cavab kimi olsun.

Onu demək istəyirəm ki, Ermənistan öz arxa cəbhəsinin ön cəbhədən heç də az möhkəm olmadığını göstərməlidir. Bundan əlavə, ön cəbhənin möhkəmliyinin rəhni möhkəm arxa cəbhədir. Və arxa cəbhənin möhkəmliyi və sabitliyi üçün institusional zəmanətlər formalaşdırılmalıdır. Şübhəsiz, göstərilməlidir ki, bura “ümid bəsləmək” olar, Ermənistanın daxili cəbhəsini yarmağa cəhd etmək mənasızdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam