Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycanlılara qarşı təxribatın pərdəarxası: -“Daxili vəziyyət mürəkkəbləşəcək...”

Azərbaycanlılara qarşı təxribatın pərdəarxası:


“Son günlər Gürcüstanda azərbaycanlılara qarşı müəyyən təxribatlar həyata keçirilir. Azərbaycanlıların yaşadığı Kvemo-Kartili regionunda etnik və dini müstəvidə gürcü ruhanilərinin qızışdırıcı bəyanatlarına rast gəlirik.

Yenixeber.org: Bundan əlavə, "Keçikdağ" məbəd kompleksində gürcü tərəfdən yeni provakasiyaların olacağı vurğulanır. Gürcüstanda baş verən bu proseslərdə müəyyən qüvvələr var ki, onlar iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışır”.

Bu fikirlərlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, burada Gürcüstan hakimiyyətində təmsil olunanların da müəyyən rolu var:

“Bidzina İvanişvilinin kölgəsində olan hakimiyyət Azərbaycanla əlaqələrdə yeni problemlər axtarır. Bu gün Azərbaycanla Gürcüstan enerji və nəqliyyat layihələri reallaşdırıb. Qərbin regionda əsas partnyorlarıdı və birgə iş sahəsində yeni bir mərhələ formalaşdırıblar. Belə olan xüsusda, bu kimi təxribatların baş verməsi regionda siyasi təşəbbüslərə zərbə vurmaqdır”.

Politoloq hesab edir ki, qonşu ölkədə azərbaycanlılara qarşı təxribatların arxasında Gürcüstan Prezidenti S. Zuarabaşvili və B. İvanişvilinin komandası durur:

“Həmçinin Moskva tərəfindən idarə olunan bəzi azərbaycanlıların da rolu burada istisna deyil.

Fikrimcə, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bəzi gürcü ruhanilərinin və rəsmilərinin təxribatları Gürcüstanda daxili vəziyyəti mürəkkəbləşdirəcək. Gürcüstan hakimiyyətinin apardığı siyasət ölkədə dini və etnik zəmində problemlərə yol açır. Bu da regionda Rusiyanın maraqlarının təmin olunmasına gətirir.

Rəsmi Tiflisin Azərbaycanla problemlər axtarması, özü üçün ciddi problemlərin başlanmasına gətirə bilər. Azərbaycan qonşu Gürcüstana strateji tərəfdaş, daima dost və dəstək olub. Amma Gürcüstan hakimiyyətinin son illərdə dost olmayan siyasətinin şahidi oluruq. Bu siyasət iki xalq arasında problemlər səviyyəsinə qaldırmasında rəsmi Tiflis məsuliyyət daşıyır.

Azərbaycan hakimiyyəti, xüsusilə Prezident İlham Əliyev daima Gürcüstana dəstək verib. Məhz bu gündə bütün parametrlərlə siyasi-iqtisadi dəstək davam edir. 2008-ci il avqust müharibəsində Rusiyanın təzyiqlərinə rəğmən Azərbaycan Gürcüstana maliyyə və hərtərəfli yardım etdi. Yaxşı olardı ki, rəsmi Tiflis özü tərəfindən idarə etdiyi, müəyyən qüvvələrin maraqlarına uyğun olan bu siyasətə son versin”. (Cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam