Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Paşinyana qarşı “3-cü cəbhə” - katolikos da Kremlin tərəfinə keçdi

 


 Pandemiya fonunda Ermənistanda siyasi çəkişmələr və panik ovqat güclənir

Yenixeber.org: Ermənistanda koronavirusa yoluxanların sayə artdıqca, işğalçı ölkədə siyasi gərginlik, çəkişmə və didişmələr, hökumətə qarşı ittihamlar da artır. Paralel surətdə əhali arasında təlaş, sabaha böyük ümidsizlik və Azərbaycanın son hərbi təlimləri fonunda güclənən müharibə xofu müşahidə edilməkdədir.         

“Ermənistanda pandemiya təzə-təzə başlayanda hər şey nəzərdən çıxdı. Nəticədə ölkədə mindən çox yoluxma halı var – ölüm halları nəzərə alınmazsa. Hazırda Ermənistan hakimiyyəti virusun yayılmasını önləməyə çalışır. Ancaq artıq gecdir. Bu günlərdə səhiyyə naziri etiraf elədi ki, proses qəlizləşib və nəzarət altından çıxıb”.

Bu sözləri erməni siyasi texnoloq Armen Bədəlyan deyib.

II Qareginin silahlı dəstəsi: katolikos kimə qarşı vuruşur?

“Bütün bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı, sadəcə, dağılır. Pul yoxdur. Əgər adamlar və iqtisadiyyat işləmirsə, o zaman əməkhaqqı və pensiyaları ödəmək mümkün olmayacaq. Bunların hamısı onun nəticəsidir ki, əvvəlcə virusun yayılmasını ciddi qəbul eləmədilər. O vaxt hökumət üçün daha vacib problem – konstitusiya referendumunun keçirilməsi məsələ mövcud idi. Yəni başları özlərinə qarışmışdı (Referendum pandemiyaya görə təxirə salınıb – red.)”, - deyə erməni ekspert qeyd edib.     

Bu arada düşmən ölkədə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbləri səslənməyə başlayıb. Parlamentin vitse-spikeri Alen Simonyan bu haqda özünün Facebook səhifəsində yazıb.

Ermənilərin seçimi - Ya inqilab, ya da məhvə məhkumluq...

Musavat.com-un 1in.am-a istinadən verdiyi xəbərə görə, katolikosun eks-prezident Robert Köçəryanın həbsdən azad edilməsinin zəruriliyi ilə bağlı bəyanatına vitse-spiker sərt reaksiya verib. II Qaregin hesab edir ki, koronovirus pandemiyası səbəbindən Köçəryanın həyatı həbsxanada təhlükə altına düşüb. Bu bəyanat baş nazir Nikol Paşinyanı və onun silahdaşlarını əməlli-başlı qəzəbləndirib.

Parlamentin vitse-spikeri bu xüsusda daha sonra yazıb: “II Qaregin bəyan edib ki, Robert Köçəryana münasibətdə həbs-qətimkan tədbiri dəyişdirilməlidir. Mən isə deyirəm ki, Ermənistanın minlərlə vətəndaşı artıq çoxdandır katolikosun dəyişdirilməsini tələb edir. Qəribədir, illərdir əski içində susan Ktrıç Nersisyan (katolikos titula qəbul edənədək II Qareginin əsl adı – red.) bu gün yetərincə pulu olan Robert Köçəryanın azad olunmasının qarantı kimi çıxış eləmək qərarına gəlib”.

Paşinyan tərəfdarlarının cəmləşdiyi “Mənim addımın” parlament çoxluğunun fraksiya üzvü Artur Ovannisyan da məsələyə kəskin reaksiya verib. Sitat: “Bütün ermənilərin katolikosu II Qareginin Robert Köçəryanla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair mövqeyi – şərin müdafiə olunmasından savayı bir şey deyil. Katolikos ölkədə siyasi məhbuslar olanda nədənsə bircə belə bəyanat verməmiş, səsini çıxarmamışdı”.

Koçaryan həbsdə qaldı

Yada salaq ki, həm də Xocalı hərbi canilərdən olan Robert Köçəryan 2008-ci ildə İrəvanda prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən dinc nümayişçilərin gülləbaran edilməsinə görə həbsdə yatır. Həmin hadisələr zamanı 10 dinc nümayişçi öldürülmüşdü. Ozamankı kütləvi etiraz aksiyalarının təşkilatçılarından biri indiki baş nazir Nikol Paşinyan idi. Buna görə o, bir müddət həbsdə də yatmışdı.

Yəni eks-prezidentin zindanda olması hazırkı hakimiyyət üçün hər şeydən öncə bir prinsip məsələsidir, 20 il ardıcıl hakimiyyətdə olmuş “Qarabağ klanı”nı həmişəlik susdurmaq, neytrallaşdırmaq planıdır. Çünki Nikol Paşinyan hesab edir ki, klanın ən odioz və ən imkanlı fiquru olan, eyni zamanda Rusiyaya bağlılığı şübhə doğurmayan Robert Köçəryanın azadlıqda qalması “inqilabçı hakimiyyət”ə real təhlükə yarada bilər. 

Sabiq prezidentin azad edilməsinə neçə vaxtdır rəsmi Moskva da çalışır. Konkret olaraq, Rusiya prezidenti Vladimir Putin dostu saydığı Köçəryana həbsdə olarkən iki dəfə ad günü təbriki göndərib, ötən ilin oktyabrında İrəvana etdiyi bir neçə saatlıq səfəri zamanı isə Rusiya səfirliyində Köçəryanın arvadı Nella ilə görüşmüşdü. Bu mənada II Qareginin bəyanatı Moskvanın mövqeyi ilə tam səsləşir və “məxməri” baş nazirə qarşı “3-cü cəbhə”nin açılması anlamına gəlir.

Bir çox təhlilçilərin əminliyinə görə, Paşinyan hökuməti ilə Putin arasında hələ də davam edən soyuqluğun bir səbəbi məhz Köçəryanın həbsidir. Gizli “qərbyönlü” sayılan Paşinyan isə bu günlərdə ənənəvi olaraq Moskvadan daha çox asılı olan Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin başına da öz adamını gətirməyə müvəffəq olub. Bu – separatçıların yeni rəhbəri Araik Arutunyandırdır.

Sıra indi deyəsən katolikosa yetişir. Hər halda, II Qareginə sərt narazılıq bildirənlər heç dı sıradan biriləri yox, Ermənistanın vitse-spikeri və ən iri parlament fraksiyasənın üzvüdür...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam