Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanda müxalifət yoxdur”


 

“Müxalifəti Ermənistanda və yaxud digər ölkələrdə görə bilirik. Bizdə isə siyasətçi kimi yalnız prezident fəaliyyət göstərir”.
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri müğənni Əli Mirəliyev musavat.com-a verdiyi açıqlamada deyib.
Əli Mirəliyev öz açıqlamasında Azərbaycan siyasətçilərini tənqid edib: “Ölkəmizdə hər şey olduqca gözəldir və buna görə də siyasi problem yoxdur. Xarici ölkələrdə insanlar siyasətçiləri maraqla izləyirlər, onların sözlərinə diqqətlə qulaq asıb, nəticə çıxardırlar. Bizdə isə dinləniləsi siyasətçi və ya siyasi partiya yoxdur.
Ona görə də həmişə Avropa və Rusiya telekanallarına baxıram, yalnız orada özüm üçün maraqlı nəsə tapıram. Bu yaxınlarda Məhəmməd peyğəmbərin karikaturası ilə bağlı baş verən terror isə deyərdim ki, dünyanın sonundan xəbər verən başlanğıcdır”.
Müğənni bu günlərdə xalq qəhrəmanı Babək haqqında gündəmə gələn müzakirələrdən də danışıb: “Bu söhbəti eşidəndə çox əsəbləşdim. Zaman-zaman bu cür qəhrəmanlarımızı pula qarşılıq özümüz, öz içimizdə olanlar satıblar. Onsuz da ermənilər bizim tariximizi, qəhrəmanlarımızı saxtalaşdırıb, dünyaya istədikləri kimi təqdim edirlər. Elə isə "sapı özümüzdən olan baltalar", yəni əcaib fikirlər söyləyən depuatalar utanmırlarmı? Belə fikirlərlə biz hara gedirik? 
 
Babək 20 il işğalçılarla mübarizə aparıb, Azərbaycanın bütövlüyü uğrunda çalışıb, heç nədən qorxmayaraq, ərəb xilafətləri ilə döyüşüb. Abırsızlar! Babək bizim layiqli qəhrəmanımız olub, onun haqqında ağzına nə gəldi, danışmaq olmaz. Həmin millət vəkillərinə görə Babəkin üstündən xətt çəkə bilmərik. Babək, N.Nərimanov, Heydər Əliyev bizim qəhrəmanlarımızdır. Bu cür tarixi şəxslərlə həmişə fəxr etməliyik.
 
Ruslar bir tərəfdən, İran bir tərəfdən, ermənilər isə digər bir tərəfdən torpaqlarımızı işğal etdilər. İndi deputat çıxıb, deyir ki, keçmiş tarixdə bizim dövlətimiz olmayıb. İnsan da tarixini, keçmişini, ata-baba yurdunu unudarmı?”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam