Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Paşinyan özünü təcavüzkar siyasətçi kimi tanıtdı"

"Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına gələnlər Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahı"ya salına bilər".

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı danışarkən deyib.

T.Gəncəliyev vurğulayıb ki, bu oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir.

O bildirib ki, icmanın Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara da göndərilib: "Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “panerməni oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. Nikol Paşinyan çıxışında ölkəmizə qarşı işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinmədi. Biz Paşinyanın çıxışını pisləyirik".

T.Gəncəliyev deyib ki, Paşinyan Ermənistanda hakimiyyətə gələndə özünü demokrat şəxs kimi təqdim edirdi: "Amma artıq o, özünü səsləndirdiyi fikirləri ilə təcavüzkar siyasətçi kimi tanıtdı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam