Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ziya Məmmədov daha bir biznesmeni “bankrot“ edir?


Abbas Abbasovun biznes ortağı olan deputat təhlükədə


"Xeberinfo.com":  Məlumata görə, 96 saylı Goranboy – Naftalan seçki dairəsindən deputat seçilən biznesmen Mahir Aslanovun başı dərddədir. Onun bu vəziyyətə düşməsinin səbəbi qudası, «Hafka» ləqəbli Hafiz Məmmədovla nazir Ziya Məmmədovla yollarının ayrılmasından sonra üzləşdiyi ciddi maliyyə böhranıdır. Bundan əlavə, nazirlə yollarını ayırdıqdan sonra Hafiz Məmmədovun nəzarətində olan sahələrin əlindən alınmasına edilən cəhdlər də istər-istəməz Mahir Aslanovun da biznes fəaliyyətinə ciddi sıxıntılar yaratmaqdadır. Amma son bir ildən etibarən Mahir Aslanovun «çöküşə» getməsinin görünməyən tərəfləri də var. Bu isə birbaşa siyasi məsələlərdən qaynaqlanır.

Ziya Məmmədov qudaları və onlara gizli dəstək verən ASC rəhbərini necə bitirib?

Bu sözləri «Reytinq» qəzetinə deputata yaxın mənbə deyib. Onun sözlərinə görə, ötən parlament seçkisində hazırda Milli Şurada təmsil olunan Gültəkin Hacıbəylinin mandatına talib olan Mahir Aslanovun hakimiyyətin etibar etmədiyi tanınmış adamlarla keçmişə dayanan biznes əlaqələri ilə yanaşı, qudası ilə Ziya Məmmədov arasındakı savaşda tərəf tutması, üzərinə basqılar yaradıb: «Nəqliyyat naziri Ziya Məmmədovla "Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun arasında kəskin ziddiyyətlərin yaranması haqda dövrü mətbuatda yayılan xəbərlər kifayət qədər ciddi olsa da, səbəbləri doğru-dürüst göstərilmir. Əslində, bəzi ciddi qəzetlərin yazdığı kimi, Ziya Məmmədovla Cavid Qurbanov arasındakı ziddiyyətin kəskinləşməsinin səbəbkarı fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyil. Ortada cəmiyyətin bilmədiyi böyük oyunlar gedir. Bunun birincisi Cavid Qurbanovun zaman-zaman Ziya Məmmədovun postuna iddialı olmasının görüntüsünü verməsidirsə, digəri isə nazirlə «Hafka»nın çəkişməsində «Azəryolservis»in rəhbərinin ikinciyə gizli dəstək verməsidir. «Hafka» biznesinin Ziya Məmmədovun ətrafın tərəfindən ələ keçirilməsinə müqavimət göstərərkən təkcə qudası Mahir Aslanovun deyil, həm də Cavid Qurbanovun da köməyindən yararlanıb. Ancaq Ziya Məmmədov çevik davranaraq, həm Cavid Qurbanovu, həm də Hafiz Məmmədovu sıradan çıxarmağı bacardı. Nazirin bu çevikliyi isə hakim dairələrdə bəzi qrupları da narahat elədi. Onlar Ziya Məmmədovun gücünü bu zaman daha aydın anlamağa başladılar. Son bir il ərzində Ziya Məmmədova və ətrafına edilən hücumların kökü də elə buradan, yuxarıda qeyd edilən səbəblərdən qaynaqlanır. Amma görünən odur ki, Ziya Məmmədov Cavid Qurbanovu güncə sıxıb, Hafiz Məmmədovu müflis etməklə işini bitmiş saymayıb. O, geniş biznes imkanlarına sahib olan deputat Mahir Aslanovu da «bankrot» etməkdə qərarlıdır».

Deputatın qudasının bankı da bağlanacaq

Məlumatlı şəxsin sözlərinə görə, hazırda edə bir vəziyyət yaranıb ki, Mahir Aslanovun qudası Hafiz Məmmədova məxsus olan "Bank of Azerbaijan” ASC-də yanvarda bağlanmaq təhlükəsi ilə üzləşib: «Bilirsiniz ki, Mahir Aslanovun kürəkəni də həmin bankda pay sahibidir. Yəni Hafiz Məmmədov bankın səhmlərinin 42,97 faizini oğlanları Kənan və Sənanın adın, 13,31 faizini isə qardaşı Mübariz Məmmədovun adına rəsmiləşdirib. Bank isə bir ilə yaxındır çöküş yaşayır. Bu il isə Nizamnamə kapitalını 50 milyon manata qaldırmalıdır. Hafiz Məmmədov isə bu vəsaiti qaydaya qoymaq imkanına sahib deyil. Demək ki, onun bankı da Yeni ilin ilk ayında bağlanan digər bankların taleyini yaşayacaq. Mahir Aslanov isə bu bankı xilas etməyə ehtiyat edir. Həm də o, sərvətinin ciddi hissəsini əvvəlki mövqeyini itirən Hafiz Məmmədova daha xərcləmək istəmir. Yəni o, özünün daha ciddi qəzəbə gələcəyindən qorxur». 

Abbas Abbasovla Mahir Aslanovu birləşdirən dəyər...

Müsahibimiz deyir ki, M.Aslanovun bir çox sahəni birləşdirən çox böyük biznes şəbəkəsi var. O, «Kəpəz Group»un sahibi kimi, tikintidən tutmuş, mebel satışına qədər, bir çox fərqli sahəyə nüfuz eləyib: «Şirkətin rəsmi saytında yazılana görə, "Kəpəz Group” fəaliyyətinə 1992-ci ildə başlayıb. "Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşımacılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrindən fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Şirkətin rəsmi saytında da yazıldığı kimi, "Kəpəz” bir çox sahəni özündə birləşdirən geniş biznes əhatə dairəsinə sahibdir. Bizdə olan məlumatlara görə, hazırda M.Aslanovun onlarla iri yük daşımacılığı ilə məşğul olan TIR-ları var. Həmçinin, İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi” də deputat məxsusdur. Məlumatlara görə, deputatın Bakıda bir neçə hündür mərtəbəli göydələnləri də var. Bunlardan əlavə, "Kəpəz” Otel də M.Aslanova məxsusdur. "Happy İnn” otellər şəbəkəsinin də biznesmen deputat məxsusdur. Üstəlik, biznesmen-deputatın baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla çox ciddi ortaq biznesi də var. Elə Mahir Aslanovun da ən çox qorxduğu məqam buddur. O, Abbas Abbasovla biznes əlaqələrinin hakim dairələrdə bərk narahatlıq yaratmasından ehtiyatlanır. Bilir ki, son illər mövcud hakimiyyətə qarşı şübhəli davranışları ilə seçilən Abbas Abbasovla əlaqələri onu hər an bitirə bilər. Ona görə də Hafiz Məmmədovla yaxın qohum olmasına baxmayaraq onunla bağlı məsələlərdən kənarda dayanmağa çalışır. Çünki bu halda onun keçmişi araşdırıla və 10 ay sonra deputat kimi səlahiyyəti bitər-bitməz yolunu hüquq-mühafizə orqanlarına sala bilərlər. Yəni Mahir Aslanov indi təkcə Ziya Məmmədovun deyil, həm də Abbas Abbasovun rəqiblərinin «nişangah»ındadır. Bu iki qrupun maraqlarının birləşməsi isə Hafiz Məmmədovla Mahir Aslanovu nəinki tam müflisləşdirər, həm də azadlıqlarını əllərindən alla bilər».

Yazıda adları hallanan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam