Rusiyanın baş naziri Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini iqtisadi savaş elan etmək kimi qəbul edib.

Yenixeber.org: Medvedyev Moskvada keçirilən bir tədbirdə məsələ ilə bağlı açıqlama verib:

“Buna iqtisadi, siyasi və digər üsullarla reaksiya göstərmək lazımdır. Bizim amerikalı dostlarımız bunu başa düşmək məcburiyyətindədirlər”.
Medvedyev qeyd edib ki, sanksiyalar valyuta bazarı da daxil olmaqla ölkə iqtisadiyyatına təsir edib.

Baş nazir sanksiyaların əvvəllər də tətbiq edildiyini xatırladıb:

“Bizim ölkəmiz son yüz ildə müntəzəm olaraq sanksiya altında yaşayıb. Bunu niyə edirlər? Rusiyanı beynəlxalq aləmdə güclü rəqiblər sırasından çıxarmaq üçün edirlər”.
Medvedyev qeyd edib ki, Rusiyanın inkişafı ABŞ və müttəfiqlərinin xoşuna gəlmir:

“İndi də heç nə dəyişmədi. Pis niyyətli iqtisadi rəqabətə ABŞ-ın maye qazını satmaq üçün Rusiyanı Avropa bazarından sıxışdırıb çıxarmaq istəyir. Bəzi tədbirlər Çinə qarşı edilir. Bu da çinlilərin xoşuna gəlmir. Bu, heç kəsin xoşuna gəlmir. Bizim vəzifəmiz bütün bu sanksiyalara qarşı dayanmaqdır”.(ölke)