Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib

 

1476519981Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib.

Yenixeber.org: RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib.

«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», – deyə Çon In Yön bildirib.

Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini təkbətək görüşə dəvət edib.

CNN telekanalının yaydığı xəbərə görə, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam