Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Türkiyənin hakim partiyası:"Xocalı faciəsi tarixin yaddaşındakı qara ləkədir"

Türkiyənin hakim partiyası:

 

 

Xocalı faciəsi tarixin yaddaşında qalan və heç bir zaman unudulmayacaq qara ləkədir

 

Yenixeber.org: Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ravza Kavakcı yazılı açıqlamasında bildirib.

R.Kavakcı qeyd edib ki, 26 il bundan əvvəl erməni silahlı dəstələri Azərbaycan vətəndaşlarına qarşı misli görünməmiş vəhşilik, cinayət törədiblər.

AKP-nin sədr müavini vurğulayıb ki, özünü insan haqlarının müdafiəçisi kimi təqdim edən qərb təəssüflər olsun ki bu faciəyə hələ də səssiz qalıb:

"Bir daha bu kimi qanlı faciənin təkrar olunmaması üçün dayanmadan çalışırıq. Azərbaycanlı qardaşlarımızın acı faciəsini yad edir, dərdlərini bölüşürük".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam