Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Hakimiyyətdəki “nurçu savaşı”nda üçüncü qüvvə

 

PA-nın şöbə müdiri Əli Həsənov qarşıdurmanın qurbanı ola bilər

  "Xeberindo.com": Hakimiyyət daxilində “nurçu savaşı” açıq müstəviyə keçib. Bir müddət əvvəl başlanan bu savaş nurçulara bağlı olduğu bildirilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya şöbəsi təminatının keçmiş müdiri Elnur Aslanov və komandasının küncə sıxışdırılması ilə bir qədər səngimişdi.

Qeyd edək ki, həmin vaxt məsələnin kökündə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla Elnur Aslanov arasında nüfuz savaşının dayandığı ilə izah edilirdi. İddialara görə, Əli Həsənov rəqibini sıradan çıxarmaq üçün “nurçu kartından” istifadə etmişdi. Təsadüfi deyil ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, Elnur Aslanovun komandasının üzvü olan Fərhad Məmmədov da mediaya açıqlamasında onlara qarşı hücumların arxasında Əli Həsənovun dayandığına işarə vurmuşdu.
Hələ həmin vaxt “Azadlıq”a Elnur Aslanova yaxın cəbhədən daxil olduğu şübhə doğurmayan material göndərilmişdi. Həmin materialda qarşı tərəfin, yəni, Əli Həsənov və ona yaxın adamların nurçularla əlaqəli olduğu iddia edilirdi.

Bundan başqa Elnur Aslanovun şöbəsinin Əli Həsənova yaxın kadrlar arasında bölüşdürülməsi, “Irəli”nin ictimai-siyasi şöbənin müdirinin nəzarətinə keçməsi, nəhayət “Çağ” Öyrətim Işlətmələrinin “Kaspi” Təhsil Mərkəzləri ilə əvəzlənməsi də bu iddiaların doğruluğuna əsas verirdi. Qısası, “nurçu savaşı”nın birinci mərhələsi iki şöbə müdirindən birinin məğlubiyyəti ilə başa çatmışdı.

Bu iddialara Qənirə Paşayevanın cavabında maraqlı bir məqam var. Deputat bildirir ki, kimlərsə Ərdoğana xoş gəlmək üçün bu məsələni gündəmə gətirib: “Məlum oldu ki, Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğana özünü daha yaxın göstərmək, bundan istifadə etmək istəyən bir dəstə azərbaycanlı var və onlar bu kimi fəaliyyətlərin əsas ilhamvericiləridir”.

Qənirə Paşayevanın dediyi həmin dəstənin hakimiyyətdə təmsil olunduğu şübhəsizdir. Ümumiyyətlə, bir məsələni xüsusi olaraq qeyd edək ki, nurçu məsələsi əsasən iqtidarın nəzarətində KIV-lərdə qabardılır.

Qənirə Paşayevanın bu fikri hakimiyyətdaxili qruplar arasında ziddiyyətlərin olduğunu və qarşıdurmalarda nurçu kartından istifadə edilməsi barədə mülahizələrin əsassız olmadığını ortaya qoyur.

İndiki savaşda Elnur Aslanov və komandasının adı qırmızı xətlə keçsə də, bu, Əli Həsənov-Elnur Aslanov qarşıdurmasının davamı kimi qiymətləndirilə bilməz. Redaksiyamıza daxil olan məlumatlara görə, əslində indiki savaşı başlayan hər iki qrupu sıradan çıxarmaq niyyətində olan iqtidardakı başqa qruplaşmalardır. Bu savaş Elnur Aslanov və onun yaxın ətrafı qədər Əli Həsənov üçün də ağır nəticələrə səbəb ola bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam