Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Bu, təkcə Azərbaycan üçün deyil, region üçün təhlükədir"

zakir-h-1

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.

Xeberinfo.com:  Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Regiondakı hərbi-siyasi vəziyyətin və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

İki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsinin də aparıldığı görüşdə müdafiə naziri vurğulayıb ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir: "Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidirlər".

Britaniyalı diplomat da regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli nazirə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam