Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Mirzəyev Rauf Mirqədirovun əleyhinə ifadə verib?

 

 

     Teleaparıcının AST Telman və Abbas Abbasovla görüşlərinin təşkilatçılığını jurnalistin etdiyi iddia edilir

 

    “Deyə bilmərəm ki, onların tanışlığı var, ya yox”

 

  "xeberinfo.com": Türkiyədən Azərbaycana ekstradisiya edilərək həbs olunan jurnalist Rauf Mirqədirov barədə yeni versiyalar üzə çıxıb. Məlumata görə, həbsdə olan teleaparıcı İlham Mirzəyev R.Mirqədirovun əleyhinə ifadə verib. 
    Sayt yazır ki, İ.Mirzəyevin AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələrinin, Türkiyədə “Mardan Palace” hotelində təmənnasız dincəlməsinin, T.İsmayılovla görüşlərin koordinatorluğunu R.Mirqədirov edib. 
   Qeyd olunur ki, 2013-cü il seçkiləri ərəfəsində Rusiyanın dəstək verdiyi “Milyarderlər İttifaqı”nın Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Türkiyədə apardıqları danışıqların təşkilatçılarından biri də R.Mirqədirov olub. 
  Sitat: “Bu informasiyanı təsdiqləyən məqamlardan biri Mirqədirovun Ərdoğan-Əliyev görüşündən sonra onun Türkiyəni tərk etməsi ilə bağlı tələb aldığını dilə gətirməsidir. Görünür, qardaş ölkələr arasındakı münasibətlərə xələl gətirə biləcək ən xırda məqamlar müzakirə edilib. 
   
   Maraqlıdır ki, R.Mirqədirov Türkiyəni tərk etmək istəsə də, onu Bakıya gəldiyi avtobusdan endirərək, deportasiya ediblər. Halbuki onsuz da Türkiyəni tərk etmək üçün artıq avtobusda olan jurnalisti deportasiya etməmək də olardı”. 
İ.Mirzəyevin vəkili Xanlar Ələkbərzadə bu iddialarla bağı “Yeni Müsavat”a danışdı. Vəkilin sözlərinə görə, teleaparıcının həbs edilən jurnalistlə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, İ.Mirzəyevlə görüşüblər və R.Mirqədirovla bağlı hər hansı söhbəti olmayıb: 
“İndi mən deyə bilmərəm ki, onların tanışlığı var, ya yox. Lakin bizim bu haqda söhbətimiz olmayıb. Yəni, onun Türkiyədə koordinator olması, AST Telmanla görüşməsinin təşkilatçılığını etməsi doğru xəbər deyil. Yəni, ondan istintaqda bu adam haqda soruşmayıblar”. 
     Vəkil qeyd etdi ki, hazırda teleaparıcı Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanır (BMCMİ) və istintaq davam edir: “İlham Mirzəyevlə görüşürük, saxlanma şəraitindən narazılıq etmir, istintaq gedir. İstintaq yekunlaşandan sonra iş məhkəməyə göndəriləcək”. 
 
     Xatırladaq ki, R.Mirqədirovun Ermənistana səfər etməsi və oradakı tədbirlərdə iştirakının həbs motivi olduğu barədə ehtimallar da səslənir. Mənbəmizin bildirdiyinə görə, R.Mirqədirov beynəlxalq təşkilatların dəstəyi ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam