Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Eks-nazirin “portfeli” bomboşdur" : AÇIQLAMA

 

"Belə çıxır ki, Eldar Mahmudovdan sonra onun yerlərdə qurduğu  məxfi “cihazlar”  hələ də öz işindədir???"

 

Xeberinfo.com: Kütləvi İnformasiya Vasitələrində, ayrı-ayrı tv-də MTN-nin, general-polkovniki (bu rütbə hələ ki, alınmayıb) Eldar Mahmudovla bağlı bir-birini təkzib edən, ayrı-ayrı hökumət və dövlət məmurları haqqında bilavasitə psixoloji durumlar yaradan, ailələr, nəsillər arasında sabitliyi pozan xəbərlər dolanmaqdadır. Təəssüflər olsun ki, verilən xəbərlərin əksəriyyəti əsaslandırılmır. Haradan, hansı mənbədən qaynaqlanması da məlum deyil.

Sonuncu-məlum 2800-dən artıq videoçarx qalmaqalı ilə bağlı eks kəşfiyyatçı, tanınmış politoloq Rövşən Növruzoğu xeberinfo.com-a danışdı:

“Guya eks-nazirin “portfelində” 2800 əxlaqdankənar videoçarxı var. Sən demə eks-nazir məqam gözləyirmiş.  Bütün bunlar hamısı absurd bir məsələdir. Eks-nazirin “portfeli” bomboşdur. Heç kəs də qorxmasın ki, günün birində nə isə yayılsın.  2800 videoçarx təzyiq vasitəsi də ola bilməz.  Belə çıxır ki, eks-nazirin işi-peşəsi Azərbaycanın qız-gəlinini, qadınlarını “eybəcər vəziyyətdə” lentə almaq olub? Bir də, heç olmasa gəlin bir az düşünək. Eks-nazir hər halda məhşur iqtisadçı, gözəl ziyalı, akademik Əhməd Mahmudovun ailəsində dünyaya göz açıb. Bildiyim qədəri ilə o, ailə heç də tərbiyəsiz ailə olmayıb. Orada ləyaqətli övladlar, namuslu, əxlaqlı analar, bacılar var. Ehtiyatlı olmaq vacibdir. Fikrimcə, 2800 videoçarx ən azı kişi işi deyil. Kəşfiyyatda belı şeylər olmur cənablar. (Belə hallar heç həvəskarlarda da olmur). Belə çıxır ki, Eldar Mahmudovdan sonra onun yerlərdə qurduğu  məxfi “cihazlar”  hələ də öz işindədir???

 

Şübhəsiz, Eldar Mahmudovun işində baş verən ziddiyyətlər, əyriliklər hələ ki, araşdırılır. Sadəcə olaraq tələsmək lazım deyil. Çünki, sənədlər içərisində çəkilən (amma inanmıram) lentlərdən də amansız və bağışlanmaz  məsələlər var. Onları "yumaq" isə mümkün deyil. Bunun bir qismi bilavasitə onun irəli çəkib gətirdiyi keçmiş kadrları və  adamları ilə bağlıdır.  İstintaq davam edir. Lakin istintaqda 2800 video yoxdur. MTN qovluğunda daha ağır, daha ciddi məsələlər var. Qoy ictimaiyyət müzakirə üçün buna hazır olsun”. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam