Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycanda nurçuların gizli mafiya və qolları mövcuddur“

 

 

Sabir Rüstəmxanlı : "Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın insanlar onsuzda açıq-aşkar məlumdur".
   "xeberinfo.com": Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyədə nurçularla bağlı son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı fikir bildirib:  "Azərbaycanda nurçuların gizli mafiya və qolları mövcuddur. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox təqdirəlayiq işdir. Elə ölkəmizdə olan Qafqaz universiteti və "Çağ Öyrətim" müəssisəsi ən qabaqcıl təhsil mərkəzlərindəndir. Ancaq bu proseslərin ikinci üzlərinin olmasını da xatırlatmaq istəyirəm. 
Mən nurçuluğa məxsus insanlarda fanatizmin şahidi olmuşam. Nurçular Azərbaycanda kök atıblar. Azərbaycanda bəzi yüksək vəzifələrdə onların bir çoxu qərar tutub. Mən onların heç birinin adını çəkmək istəmirəm. Əvvəl dediyim kimi indi də deyirəm ki, Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın insanlar onsuzda açıq-aşkar məlumdur".
Sabir Rüstəmxanlı nurçuların Türkiyədəki fəaliyyəti və bir neçə gündən sonra keçiriləcək bələdiyyə seçkiləri haqqında da fikrlərini bildirib:
"Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək.  Generalların həbsdən azad olunmasına seçkiqabağı atılan addım kimi baxmaq olar. Məncə həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Generalların azadlığa çıxması Türkiyənin siyasi xəttinə həm də müxalifətin toplayacağı səslərə təsir edəcək".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam