Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“Azərbaycan nümunəsi bizə Rusiyadan qurtulmağın mümkünlüyünü göstərir” – BRİÇAQ

Moldovalı siyasətçi: “Qondarma “Dağlıq Qarabağ Respublikası” və Dnestryanı bölgənin ümumi kökləri var”

Yenixeber.org: Moldova Respublikası Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, avropayönlü KUB (Birlik və Rifah Koalisiyası) siyasi partiyasının sədr müavini, ehtiyatda olan polkovnik Yuri Briçaq bizimlə müsahibəsində ölkəsində, eləcə də ümumən Şərqi Avropada cərəyan edən proseslər barədə danışıb. Beləliklə:

- Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda Moldovanın suverenliyinə təhdid məsələsi dəfələrlə, xüsusən də işğalçı ordunun Odessaya dənizdən və qurudan yaxınlaşdığı vaxtlarda gündəmə gəlib. İndi bu təhlükənin gücü nə qədərdir?

- Sizi əmin edirəm ki, hazırda Rusiyanın Moldova Respublikasına qurudan, havadan və ya dənizdən müdaxiləsi istisnadır, çünki Ukrayna qoşunları Odessa vilayətində istənilən təcavüzü dəf etməyə hazırdır. Eyni zamanda, Dnestryanıda keçmiş 14-cü Ordunun olması daha real təhlükə yaradır: Rusiya qoşunlarının uğurlu hücumu halında Dnestryanı qüvvələr və qondarma “sülhməramlılar” dərhal təhlükə yaradacaq.

- Kreml Moldova ilə bağlı hansı konkret məqsədləri güdə bilər? Onun sadəcə olaraq separatçı Dnestryanını mənimsəməsi kifayət edəcəkmi? Yoxsa bütün Moldovanı ələ keçirməyi planlaşdırırlar? Yaxud, plan sizin ölkənizi rəsmi olaraq müstəqilliyini və suverenliyini qoruyub saxlayaraq, Kişinyovda hakimiyyətə sırf rusiyayönlü qüvvələri qoyaraq hansısa “müttəfiq dövlət”ə çevirməkdir?

- Moskvanın Moldova Respublikası ilə bağlı məqsədləri onu Rusiya Federasiyasının protektoratı altına qaytarmaqdır. Moldova Respublikasında Avropa vektorunun dəyişməsi üçün real təhlükə yaradan kifayət qədər rusiyapərəst qüvvələr var. Son zamanlar biz müşahidə etdik ki, cari il seçki ili olduğundan rusiyayönlü partiyalar son dərəcə fəallaşıb, müxtəlif koalisiya və bloklar yaradıblar. Xatırladım ki, parlament seçkiləri 2025-ci il sentyabrın 28-də keçiriləcək. Moldova Respublikası parlamentli dövlətdir və senari Gürcüstandakı kimi ola bilər. Orada, məlum olduğu kimi, parlament və hökumət rusiyapərəstdir, ölkə prezidenti yaxın vaxtlara qədər avropapərəst olub, hazırda Avropaya inteqrasiya prosesi dayandırılıb. Rusiya Federasiyasının Moldova ilə bağlı eyni planı var.

- Bütün bunların fonunda hazırda avropayönlü qüvvələrin hakimiyyətdə olduğu rəsmi Kişinyov necə hərəkət edir? Onların Dnestryanı problemlə bağlı planları varmı? Bəlkə, indi Rusiya ordusunun uzaqlığını, Ukraynadakı keçmiş sərhədlərindən geri çəkildiyini nəzərə alsaq, bunu həll etmək üçün doğru məqamdır?

- Təəssüf hissi ilə qeyd edək ki, Maya Sandunun hakim partiyası - PAS bütün sağlam avropapərəst qüvvələri ölkəni idarə etməkdən uzaqlaşdırıb, QHT nümayəndələrini, səriştəsiz insanları bütün fəaliyyət sahələrində idarəetmə rollarına yerləşdirib - onların hakim partiyanı təmsil etdiyini təəssüflə qeyd edirik. Dnestryanı problemin həlli ilə ölkənin reinteqrasiyası üçün dəqiq müəyyən edilmiş planın olmaması hazırkı hökumət üçün prioritet deyil. Ölkə inteqrasiyasının ən yaxşı nümunəsi Ermənistanın işğal etdiyi əraziləri geri qaytaran Azərbaycandır. Hazırda mövcud vəziyyəti nəzərə alaraq Moldova Respublikası Dnestryanı problemini qonşu dövlətlərin - Rumıniya və Ukraynanın dəstəyi və köməyi, habelə beynəlxalq mexanizmlər hesabına həll edə bilər.

- Azərbaycanın güc yolu ilə həll edə bildiyi Dağlıq Qarabağla Dnestryanı problemi ətrafındakı münaqişədə hansı ümumi cəhətləri görmək olar? Tiraspolda separatçı hakimiyyət indi güclüdürmü? “Sülhməramlılar” şəklində olan yerli silahlı qüvvələr və Rusiya hərbçiləri Kişinyovla qarşılaşmağa nə dərəcədə hazırdır?

- Qondarma separatçı “respublika”ların - Dağlıq Qarabağ və Dnestryanı bölgənin ümumi kökləri var: hər iki halda Rusiya Federasiyası və qondarma "sülhməramlılar" iştirak edirdi. Hər iki halda separatçı ərazilərin rəhbərləri Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və dəstəklənib. Dnestryanı bölgə əhalisinin 80%-i həm də Moldova Respublikasının vətəndaşlarıdır. Avrointeqrasiya Dnestryanı əhalisi üçün sabitliyi və sosial rifahı təmin edə bilər: bu faktı Avropa istəkləri ilə Moldova Respublikasına inteqrasiya edən sakinlərin əksəriyyəti etiraf edir.

Separatçı və Rusiya hərbi qüvvələri hökumətin inkişaf tərəfdaşları və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirməli olduğu bir sıra prosedurlar vasitəsilə aradan qaldırıla bilər. Azərbaycanda münaqişənin həlli bizə Rusiyanın protektoratından qaçmağın mümkün olduğunu göstərir. Biz Ukrayna xalqının işğalçıya qarşı mübarizəsini tam dəstəkləyirik və əminəm ki, qələbə Ukraynanın olacaq.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam