Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Milli Məclisin komitə sədrlərinin müavinləri də bəlli oldu

Milli_Meclis.jpg

 “Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib”.

Xeberinfo.com:   Məlumata görə, bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, bu gün deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib. 

 M. Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.

Bu gün həmçinin Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri seçilib.

  Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu, Aydın Mirzəzadə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya, Eldar Quliyev Aqrar siyasət, Rauf Əliyev Əmək və sosial siyasət, Fəttah Heydərov Regional məsələlər, Bəxtiyar Əliyev Elm və təhsil, Jalə Əliyeva Mədəniyyət, Yevda Abramov İnsan hüquqları, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Musa Quliyev Səhiyyə, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar, Ülvi Quliyev Gənclər və idman komitələrinin sədr müavinləri seçiliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam