Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

İrəvandan ikibaşlı mövqe: “Bakıdan nəsə qoparmaq istəyirlər”

Deputat: “Azərbaycan Konstitusiyasında AXC-nin varisliyi barədə bənd var, amma...”

Yenixeber.org: Azərbaycanla Ermənistan arasında sülh sazişi sənədində bir çox məsələlərin razılaşdırıldığı rəsmi şəkildə bəyan edilir. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə Bakıda keçirdiyi birgə brifinqdə deyib ki, rəsmi Bakı İrəvandan sülh sazişi ilə bağlı yeni layihə alıb.

“Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - deyə XİN başçısı bildirib.

Onun sözlərinə görə, normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsi də var: “Bunun nəticəsində işğal altında olan 4 Azərbaycan kəndinin azad olunması tərəflər arasındakı prosesə müsbət təsirlər göstərib. Azərbaycan sülh prosesinə sadiqdir. Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.

Bunun fonunda rəsmi İrəvandan verilən açıqlamalar ziddiyyətlidir. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişində bir çox detalların razılaşdırıldığını, mətnin kağız üzərinə köçürülməsinin qaldığını desə də, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan fərqli fikirlər səsləndirib. Ermənistan Milli Assambleyasında çıxışı zamanı Mirzoyan Bakıya ittihamlar ünvanlayıb və bildirib ki, guya, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var.

“Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir. Azərbaycanın da, Ermənistanın da konstitusiya ilə bağlı narahatlıqları var. Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın Konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu, Ermənistanın daxili işidir”, - deyə o söyləyib.

Ekspertlər hesab edirlər ki, Azərbaycanı “ərazi iddiasında” ittiham etməklə, “narahatlıq var” deməklə Mirzoyan absurd iddia irəli sürür ki, bu da rəsmi İrəvanın yenidən zaman qazanmağa oynamaq istəyindən xəbər verə bilər.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov mövzu ətrafında suallarımızı cavablandırarkən deyib ki, Mirzoyan bu açıqlama ilə ya səriştəsizliyini ortaya qoyub, ya da ənənəvi erməni xislətinə uyğun şəkildə, ağı qara ilə qarışdırır:

- Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiasından söhbət gedə bilməz. Amma Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası açıq-aşkar mövcuddur. Ona görə də hesab edirəm ki, Mirzoyan sülhə əngəl törədən bu problemlərlə məşğul olmalıdır. Mirzoyan deyir ki, Azərbaycan Konstitusiyasında Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi barədə bənd var. Bəli, var, amma bu, Ermənistana qarşı ərazi iddiası anlamına gəlmir. Rusiya özünü SSRİ-nin varisi elan edib, bu, o demək deyil ki, Rusiyanın SSRİ-nin tərkibində olan bütün ərazilərə iddiası var. Bu baxımdan Mirzoyanın fikirləri cəfəngiyyatdan başqa bir şey deyil.

- Bir neçə gün əvvəl Paşinyan sülhə yaxınlıqla bağlı bəyanat səsləndirmişdi. Mirzoyanın Baş nazirin fikri ilə ziddiyyət təşkil edən son açıqlaması nədən qaynaqlanır?

- Ermənistanda tərəddüd var, düşünürlər ki, bəlkə, Azərbaycandan nəsə qopara bilərlər. Amma bu, qeyri-mümkündür. Rəsmi İrəvandan hər zaman ziddiyyətli bəyanatların şahidi oluruq. Bir növ, söz oyunu oynayırlar.

- Ceyhun Bayramov bildirdi ki, sülh sazişi ilə bağlı razılaşdırılan detalların sayı çoxdur. Bu, nəyin anonsudur?

- Bu, onun anonsudur ki, yaxınlarda yeni razılaşmaların xəbərini alacağıq. Mən özüm vaxtilə bu cür danışıqlarda, müqavilələrin hazırlanmasında iştirak etmişəm. İş qaydası ondan ibarətdir ki, mətnlərdə razılaşdırılmamış məsələlər, detallar mötərizəyə alınır. Danışıqlardan sonra həmin mötərizələr açılırsa, demək ki, o hissələr razılaşdırılıb. Ceyhun müəllimin sözündən məlum olur ki, mötərizələrin sayı azalır və biz son sülh sazişi mətnində xeyli irəliləyiş əldə etmişik. Düşünürəm ki, bu, müsbətdir və sülh sazişinə ümidlə baxmaq olar.

Ondan sonrakı proses, sənədin təsdirlənməsi, Ermənistan Konstitusiyasına bunun zidd olması Ermənistan hakimiyyətinin problemi olacaq. Sülh sazişi imzalanandan sonra onun qüvvəyə minməsi üçün prosedur var, ratifikasiya olunmalıdır. Azərbaycanda sülh sazişinin ratifikasiyası Konstitusiya ilə heç bir ziddiyyət təşkil etmir. Ermənistan Konstitusiyası isə sülh sazişinin ratifikasiyasına problem yaradır. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan bu problemi yoluna qoymayınca Azərbaycan o sənədi ratifikasiya etməyəcək. Düşünürəm ki, rəsmi İrəvan söz oyunu ilə bu məsələdən yayına bilməz.

- Yeri gəlmişkən, hazırda Ermənistanda daxili siyasi vəziyyət gərgindir. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı etirazlarını davam etdirir və Paşinyan hökumətini devirməyə çalışır. Müxaliflər Paşinyanı devirə bilərmi və bu, mümkün olsa, sülh prosesinə hansı təsiri göstərə bilər?

- Mən inanmıram ki, keşişin başlatdığı etirazlar Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcək. Məlumdur ki, Qalstanyanın arxasındakı güc “Qarabağ klanı”, konkret desək, əvvəl hakimiyyətdə olmuş Robert Köçəryan və Serj Sarkisyandır, xaricdəki ermənilərdir və onların puludur. Erməni ictimaiyyəti, cəmiyyəti isə “Qarabağ klanı”na nifrət edir, onları hakimiyyətə gətirmək niyyətində deyil. Görünür, Qalstanyan işi-gücü olmayan, səfil bir insandır, ətrafına yığdığı 500-1000 adamla Ermənistanı gəzir, hökumətə təhdidlər səsləndirir. Hətta ola bilər ki, keşişin tərəfdarları hökumət binalarına hücum da etsinlər, amma bu, hökumətin devrilməsinə gətirib çıxarmayacaq.

44 günlük müharibədən sonra erməni müxalifəti parlamentə hücum etdi, hətta həmin bu Mirzoyanı döymüşdülər də. Amma o xaos Paşinyanın devrilməsi ilə nəticələnmədi. Demək istəyirəm ki, nəzəri cəhətdən Paşinyanın devrilməsi mümkün görünmür. Amma devrilsə, keşiş hakimiyyətə gəlsə belə, bu, Azərbaycanın yaratdığı reallıqları dəyişməyəcək. İlk başlardan ola bilər ki, sülhdən yayınma olsun, amma ortada reallıq var. Ermənistanda hər kəs – müxalifət də, iqtidar da anlayır ki, ölkələrinin xilası üçün sülhdən başqa yol yoxdur. Yeni müharibə Ermənistanın bir dövlət kimi məhvidir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam