Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Tilsim qırıldı: ABŞ-ın yeni səfiri gəlir -Şuşaya baş çəkəcəkmi...

ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə “hə” deyib.

Yenixeber.org: M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.

Yeni səfirin mürəkkəb regional şərtlər donunda əsas missiyası nə olacaq? Hələ ki ABŞ-ın heç bir səfiri Şuşaya getməyib. Libbi gedəcəkmi?

Bu suallarla müsahiblərə müraciət etdik.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...”

Deputat Bəhruz Məhərrəmov ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə baxışının dəyişdiyini qeyd etdi: “Sirr deyil ki, ABŞ-Azərbaycan münasibətləri özünün mürəkkəb dövrlərindən birini yaşayır. Bu ilin mayında Azərbaycanla əməkdaşlığı regionun təhlükəsizlik qarantı elan etməsinə baxmayaraq, daha sonra ABŞ-da korrupsiyalaşmış senatorların Azərbaycanla münasibətlərdə təşəbbüsləri ələ alması Vaşinqtonun ritorikasını dəyişməsinə səbəb oldu. Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və Dövlət Departamentinə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ xarici siyasət idarəsinin rəsmilərinin də dilindən səslənməyə başladı. Hətta ABŞ-ın Azərbaycana yeni səfir təyinatı uzun müddət ləngidildi. Bu gün statistikaya nəzər salsaq, ABŞ-ın Cənubi Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Amerikanın qlobal miqyasda təhlükəsizlik platformasında Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur. Əslində ABŞ miqyasda dövlət üçün maraqlarının Ermənistan kimi əhəmiyyətsiz və suveren beynəlxalq subyektliyi belə sual doğuran dövlətin maraqlarına qurban verilməsi ağlabatan deyil. Bu mənada, diqqət etsək, aydın olar ki, əslində ABŞ üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır. Təəssüf ki, Fransa kimi ABŞ da regionda Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxır, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Digər tərəfdən, ABŞ da o qənaətdədir ki, Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq üçün yaxşı fürsətdir və bu mənada, Vaşinqton anti-Azərbaycan ritorikası ilə Ermənistanda yerini möhkəmlətməyə çalışır. Lakin Azərbaycan artıq elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır. Görünən odur ki, Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və Azərbaycana yeni səfir təyinatının ləngidilməsinin əhəmiyyətsiz olduğunun fərqindədir. Yeni səfirin fəaliyyəti ilə bağlı proqnoz vermək asan olmasa da, başa düşmək çətin deyil ki, onun davranışları ölkəsinin konsepsiyası və Vaşinqtonun bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq".

Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək - Əziz Əlibəyli (ÖZƏL)  - Turkic World

Əziz Əlibəyli: “Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, yeni səfir Cənubi Qafqazdakı mövcud durumu düzgün dəyərləndirməlidir: “Səfir təyinatlarını Xarici Əlaqələr Komitəsi təsdiq edir. Bütövlükdə Libbi çevik əməliyyatlar missiyasının mütəxəssisidir. Məncə, onun Qafqaza təyin olunması təkcə müşahidəçi kimi deyil, böhran idarəçiliyində yaxşı mütəxəssis olmasından irəli gəlir. Nəzərə alaq ki, Qafqaz çox qaynar bölgədir. Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir. O zaman sizin ritorik olaraq səsləndirdiyiniz Şuşaya gedəcəkmi sualınızın arxasında atacağı bir addım olmalıdır. Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsi alıb. Bu arada qeyd edim ki, Azərbaycanla məhz bu ştat dost ştat sayılır. Bu da çox önəmli məsələ sayılmalıdır. İkinci vacib missiya budur ki, indiki Bayden administrasiyasının erməni lobbisindən asılılıq dərəcəsi yüksəkdir. Bu mənada Libbi və başqa kiminsə səfir təyin olunmasının o qədər də önəmi yoxdur. Sadəcə olaraq, ABŞ-dan verilən tapşırığa əsasən addımlar atmalıdırlar. Bunun, sadəcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi ilə bağlı ölçülməsi  doğru deyil”.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva: “Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir”

Politoloq Yeganə Hacıyeva ABŞ səfirinin Şuşaya səfər etməməsinə heç bir əsas görmür: “Burada məsələ ondadır ki, indiyə kimi Amerikanın səfirinin olmamasını onunla əlaqələndirirdilər ki, səfir yoxdur, müvəqqəti işlər üzrə nümayəndə var, Şuşaya getmək onun səlahiyyətində deyil kimi izah verirdilər. O üzdən də müxtəlif səfərlərdən yayınırdılar, istər Şuşa şəhərinə olsun, istərsə də digər azad edilmiş ərazilərimizə olsun. Sonradan Menendes haqqında cinayət işlərinin açılması ilə Libbi səfir təyinatı aldı. Düşünürəm ki, Libbinin gəlişi ilə Amerikanın Azərbaycanla bağlı siyasəti yenilənməlidir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərindəki konfliktin həllindən sonrakı dövrdə bir sıra narahatlıq doğuran mövqelər formalaşdırıblar. Bu da Amerikanın regionda maraqlarını risk altında qoyur. Çünki nə qədər özünü elə göstərməyə çalışsa da, Ermənistan Cənubi Qafqazda Amerikanın strateji tərəfdaşı deyil. Bütün proseslər də bunu göstərib. Bu da Dövlət Departamentində belə hamıya məlumdur. Bu baxımdan da yeni səfirin gəlişi ilə bağlı müəyyən yenilənmələr olmalıdır. Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir. Səfər edəcəkmi sualınıza gəlincə, bəli, edəcək deyərdim. Çünki Amerika səfirinin bu gün Şuşaya səfər etməməsinin heç bir əsası yoxdur. Sadəcə, əvvəldə dediyim kimi, səfər olunmamasını əsaslandıran arqumentləri var idi. Amma indi artıq buna qərar verəcək şəxs gəlib çıxıb”.(musavat.com) 

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam