Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Polşa ilə Ukrayna arasında gərginlik şiddətlənir:Varşava Kiyevə çağırış etdi

“Varşavanın maraqlarına hörmət edilməzsə, bu, açıq-aydın bizim verdiyimiz hər bir qərara təsir edəcək”

Yenixeber.org: “Ukraynaya etibarlı tərəfdaşlarla münasibətləri pisləşdirərək Avropada əlaqələr qurmamağı tövsiyə edirik”. Bu sözləri Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç deyib.

Pşidaç xəbərdarlıq edib ki, Polşanın maraqlarına hörmətsizlik ölkənin qəbul etdiyi hər bir qərara təsir edə bilər.

“Mən Kiyevi böyük ölkələrin vədlərinin kiçik dövlətlərin konkret hərəkətlərindən daha yaxşı olduğuna əmin olmamağa çağırıram”, - deyə Polşa rəsmisi bildirib.

Pşidaç əlavə edib ki, ukraynalı siyasətçilərin əlavə dəstək tapmaq istəyini anlayırıq: “Xarici siyasətdə etimad böyük əhəmiyyət kəsb edir. Polşa tərəfi öz təhlükəsizliyi maraqlarına əsaslanaraq Ukraynanı dəstəkləyir. Amma bizim başqa maraqlarımız da var. Onlara hörmət edilməzsə, bu, açıq-aydın bizim verdiyimiz hər bir qərara təsir edəcək”.

Onun sözlərinə görə, maraqları üst-üstə düşərsə, Polşa Ukrayna ilə əməkdaşlıq edəcək, lakin mübahisəli məsələlərdə Varşava öz maraqlarını sərt şəkildə müdafiə edəcək.

Bundan əvvəl Polşa Ukrayna taxılının idxalına Polşanın sanksiyası ilə əlaqədar Varşava və Kiyev arasında yaranmış gərginlik fonunda Ukraynaya silah verməkdən imtina edib. Polşanın Baş naziri Mateuş Moravetski müvafiq qərarı Avropanın ən güclü ordularından birinə çevirmək üçün öz ordusunu modernləşdirməyin zəruriliyi ilə izah edib.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam