Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvan-Moskva münasibətlərində qırılma nöqtəsi -Kremlin hədəsi gecikmədi

“Tezliklə bir çox istiqamətlərdə Rusiyanın cavabını görə biləcəyik”

Yenixeber.org: Sentyabrın 28-də Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun (Əsasnamə) ratifikasiyası məsələsi ilə bağlı müzakirələr aparıb. Müvafiq qanun layihəsini Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan təqdim edib.

Yada salaq ki, sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyan xalqa videomüraciətində Ermənistanın təhlükəsizliyini təmin edəcəyini, xüsusən də, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası layihəsini müzakirə edəcəyini bildirmişdi. Ötən ilin dekabrında isə hökumət Roma Statutunu təsdiqləmişdi. “2022-ci ilin dekabrında hamımıza aydın oldu ki, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının rıçaqları Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət deyil”, - deyə Paşinyan BCM-in Roma Statutunu ratifikasiya etməyin vacibliyini əsaslandırarkən söyləmişdi. Gözlənildiyi kimi, komissiya müzakirələrin sonunda müsbət qərar verib və sənədi parlamentin təsdiqinə göndərib. Orada isə hakim partiya konstitusion çoxluq təşkil edir. Statutun ratifikasiyası isə o demək olacaq ki, Putin Ermənistana gələn kimi həbs edilməlidir, hərçənd rəsmi İrəvan guya bunu daha çox BCM-də Azərbaycana qarşı iddia qaldırmaq (guya ordumuz Ermənistan ərazisinə girib) istəyi ilə əlaqələndirir. Öz növbəsində rəsmi Moskva bu qərarın ikitərəfli münasibətlərə öldürücü təsir edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib. Bu gün Rusiya XİN-i bir daha bəyan edib ki, Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən neqativ nəticələrə səbəb olacaq.

Hansı nəticələrə? Azərbaycan yeni vəziyyətdən öz xeyrinə necə faydalana bilər?

Fikrət Yusifov: “Dövlət özü əkib-becərənə həm dəstək olur, həm də öncədən  razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır” | Kaspi.az

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Ermənistan tərəfi seçimini edib: “Ermənistanda rusofobiya getdikcə dərinləşir. Rusiyanın Paşinyanı devirmək üçün atdığı bütün addımlar əks effekt verir. Bir sözlə, rusun nuh əyyamından qalmış, çürük KQB  metodlarına söykənən gedişləri erməni toplumunun çoxluğu tərəfindən qəbul edilmir. Ruslar bunu gözləmirdilər. Ruslar inana bilməzdilər ki, öz əlləri ilə yaratdıqları erməni dövləti bu gün onlara beynəlxalq aləmdə təkləndikləri bu çətin dönəmdə belə xəyanət edəcəklər.

Əslində erməni xisləti ruslara hamıdan yaxşı tanışdır. Bu toplumun intriqasız, fitnə-fəsadsız yaşaya bilmədiyi ruslara yaxşı məlumdur. Elə bu səbəbdən də onlar özlərinin çirkin Qafqaz siyasətində ermənilərin “xidmətlərindən” yararlanmaq istədilər. Və yararlandılar. İki yüz ildir ki, qurduqları bu intriqa yuvası onlar tərəfindən Qafqaz siyasətinin reallaşdırılmasında bir alət kimi istifadə olunur.

İndi ruslar öz “övladlarından” incik düşüblər. İnciməyin. Ermənilər sizə qarşı nə qədər haqsızlıq etsələr də, onlar yenə də sizə övlad valideyninə doğma olduğu qədər doğmadırlar. Ancaq bu doğmaların digər doğmalardan bir fərqi var. Onlar öz maraqları naminə ata-analarını da ayaqları altına qoyacaq qədər alçala bilirlər.

Türkmənçay müqaviləsindən sonra ermənilərin İrandan Qarabağa köçürülməsinin təşəbbüskarı və əsas icraçılarından biri olmuş Aleksandr Sergeyeviç Qriboyedov rus imperatoruna ünvanladığı məktubunda yazırdı: “Əlahəzrət, heç bir vəchlə mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra həmin yerləri öz mülkiyyətlərinə çevirəcək və dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır...” Bəs bu xislətin sahibi olan bir milləti Qarabağ torpaqlarımıza köçürəndə, sonradan bizim torpaqlarımızda onlara dövlət yaradanda “uzaqgörən” ruslar bilmirdilər ki, bir gün bu çanaq öz başlarında çatlayacaq?

İndi Rusiyanın yüz illər boyu yürütdüyü zorakı Cənubi Qafqaz siyasətinin fiaskoya uğradığı gün gəlib çatıb. Rusiya Ermənistan hakimiyyətindən ağlına belə gətirə bilmədiyi bütün addımları gözləməlidir. Çünki Ermənistan artıq seçimini edib. İndi Putin Ermənistana gələrsə erməni hakimiyyəti düşünmədən onu həbs edib, Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verəcək və bununla da Qərb qarşısında bir “qəhrəman ölkə” imicini yaratmağa çalışacaq.  Ermənistan indi düşdüyü durumda bunu məmuniyyətlə edə bilər".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev tezliklə Rusiyanın Ermənistana cavab verəcəyini bildirdi: “Ermənistan parlamentinin Roma statutunu ratifikasiya edəyəcəyi öncədən gözlənilirdi və bununla bağlı xeyli müddətdir ki, müxtəlif fikirlər səsləndirilirdi. Bu statut Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əsasnaməsidir və əsas 4 cinayət növü ilə bağlı araşdırmalar aparıb qərarlar verə bilər. Bunlar insanlığa qarşı cinayətlər, soyqırım, müharibə və təcavüz cinayətləridir. Əsasnaməyə görə, bu statutu təsdiq etmədən öncə baş vermiş hadisələrlə bağlı müraciət qəbul olunmur. Eyni zamanda, bu statutu imzalamış və təsdiq etmiş ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi qərarları icra etməlidir. Yəni BCM Putinlə bağlı hər hansı qərarı veribsə və Putin Ermənistana gələrsə, o qərarı icra etməyə borcludur. Bu gün Paşinyan deyir ki, bizim bu qərarımız Azərbaycanın təcavüzündən qorunmaq üçündür, yəni Rusiyaya qarşı deyil. Halbuki Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur və bu ən yüksək səviyyədə dəfələrlə deyilib. Sərhədlərimiz delimitasiya və demarkasiya olunmadığından bu istiqmətdə də bir söz demək mümkün deyil. Qarabağla bağlı məsələdə isə, ümumiyyətlə, sözləri olmamalıdır. Çünki birincisi bütün dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bunu Praqada Paşinyan da öz imzası ilə təsdiq edib. İkincisi isə, Azərbaycanın reinteqrasiya təkliflərinə baxmayaraq Qarabağdan gedən ermənilərin bir hissəsi könüllü, bir hissəsi isə separatçı rejimin qalıqlarının təklifi yaxud təhriki ilə təhlükəsiz gedirlər. Yəni Azərbaycan haqqında bir çox ölkələrdə mənfi fikir formalaşdırmağa cəhdlər olsa da, reallıqlar və faktlar həqiqəti əks etdirir. O səbəbdən düşünürəm ki, məqsəd Paşinyanın dediyi kimi yox, məhz Rusiya ilə körpüləri birdəfəlik yandırmaqdır. Bunu rəsmi Kreml də yaxşı anlayır. Verilən bəyanatlar da bu təsdiqləyir. Rəsmi Moskvanın hansı addımları atacağı barədə hələlik bir fikir bildirməsəm də, amma tezliklə bir çox istiqamətlərdə Rusiyanın cavabını görə biləcəyik. Bunun hər hansı effektinin olub-olmayacağı ilə bağlı indidən heç nə demək olmaz. Amma Azərbaycan bu situasiyada regionda 30 ildən artıq mövcud olan problemini kökündən həll edə bilər. Yəni yaxın gələcəkdə sərhədləri dəqiqləşdirib və bəzi texniki məsələləri həll etməklə sülh müqaviləsini imzalaya bilər. İçəridə revanşist güclərin olmasına baxmayaraq, bugünkü Ermənistan hakimiyyəti və əhalinin böyük hissəsi Qarabağla bağlı məsələnin birdəfəlik bitməsini istəyir. Çünki, bu problemin qalması onların bir sıra böyük geosiyasi planlarının həyata keçməsinə, eyni zamanda, Rusiyadan birdəfəlik qırılmasına mane olur. Bəzilərinin Ermənistanın bu addımlarından sonra Zəngəzur dəhlizinin açılmasının problemə çeviriləcəyi ilə bağlı fikirlərinə isə qatılmıram. Çünki, Qarabağ məsələsi artıq həll olunub. Sülh müqaviləsi bağlanandan sonra artıq Laçın koridoru öz statusunu avtomatik itirəcək, Ermənistan və Azərbaycan arasında adi bir yol kimi qalacaq ki, Azərbaycan vətandaşlığını qəbul edəcək ermənilər (əgər olacaqsa) həmin yoldan istifadə edəcəklər. O zaman eynilə Zəngəzurdan keçəcək kommunikasiyalar da yol kimi olacaq. Təxminən bunu bir necə gün öncə prezident İlham Əliyev televiziya müraciətində deyib. Bu zaman sülhməramlıların Laçın yolunu mühafizə etməyə ehtiyac qalmadığı kimi, 3 tərəfli sazişdə göstərilən kimi Zəngəzur dəhlizinin də Rusiya FSB-nin mühafizəsinə ehtiyac qalmayacaq. Təbii ki, dediyim son fikirlər Ermənistan rəhbərliyinin öz dövlətlərinin məhv olmağını istəmədiyi və iqtisadi cəhətdən güclənməsini, əhalinin rifahının yüksəlməsini istədiyi təqdirdə keçərlidir. Əks halda Azərbaycan öz problemlərini onsuzda rahatlıqla həll edəcək. Ermənistanın taleyi necə olacaq, bu, sual altındadır”.(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam